• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qars şəhərində “Qərbi Azərbaycana qayıdış” Forumu keçirilib

5-07-2024, 13:30 | Baxılıb: 336
“Qars şəhərində “Qərbi Azərbaycana qayıdış” Forumu keçirilib

Qars şəhərində “Qərbi Azərbaycana qayıdış” Forumu keçirilib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Qars Bələdiyyəsinin və Qars Azərbaycan Qafqaz Mədəniyyətləri Dərnəyinin birgə təşkilatçılığı ilə Qars Mədəniyyət İdarəsinin Salonunda təşkil olunmuş tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Daha sonra Qərbi Azərbaycan İcmasının fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbiri açıq elan edən TADEF-in üzvü, Qars Azərbaycan Qafqaz Mədəniyyətləri Dərnəyinin sədri Nebi Arığ iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev, Qars Bələdiyyəsinin sədri, professor Ötiken Senger və TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə çıxış edərək, post-münaqişə dövründən sonra Prezident İlham Əliyevin gündəmə gətirdiyi qərbi azərbaycanlıların hüquqlarının bərpa olunması və onların tarixi torpaqlarına dönməsi prosesinin məsələnin həllinə öz töhfəsini verəcəyinə əminlik ifadə ediblər.
Rəsmi çıxışlardan sonra tədbir işini panel iclasla davam etdirib.
TADEF sədrinin müavini, Ankara-Bakı Tanıtma və Həmrəylik Dərnəyinin sədri Settar Kayanın moderatorluğu ilə keçirilən panel iclasında altıncı çağırış Milli Məclisin deputatı, siyasi elmlər doktoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, professor Hikmət Babaoğlu, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Nazim Mustafayev, Türkiyənin Qars Qafqaz Universitetinin professorları Hacalı Nəcəfoğlu və Mustafa Kop Qərbi Azərbaycan anlayışı və həqiqətləri, eləcə də Azərbaycanın haqlı tələbləri barədə çıxış ediblər.
Qeyd edək ki, səfər çərçivəsində Valeh Hacıyev Qarsın valisi Ziya Polatla və Bələdiyyə sədri Ötügen Sengerlə görüşüb.
Görüşlərdə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar və onların tarixi torpaqlarına qayıdışı ilə bağlı görülən işlər və digər vacib məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşlərdə TADEF-in nümayəndələri P.Məmmədzadə və S.Kaya da iştirak edib.
Sonda xatirə hədiyyələri təqdim olunub.
[center]Qars şəhərində “Qərbi Azərbaycana qayıdış” Forumu keçirilib
Qars şəhərində “Qərbi Azərbaycana qayıdış” Forumu keçirilib
Qars şəhərində “Qərbi Azərbaycana qayıdış” Forumu keçirilib
Qars şəhərində “Qərbi Azərbaycana qayıdış” Forumu keçirilib
Qars şəhərində “Qərbi Azərbaycana qayıdış” Forumu keçirilib
Qars şəhərində “Qərbi Azərbaycana qayıdış” Forumu keçirilib
Qars şəhərində “Qərbi Azərbaycana qayıdış” Forumu keçirilib
Qars şəhərində “Qərbi Azərbaycana qayıdış” Forumu keçirilib
Qars şəhərində “Qərbi Azərbaycana qayıdış” Forumu keçirilibскачать dle 10.6фильмы бесплатно

336

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.