• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan XİN başçısı türkiyəli həmkarı ilə regional məsələləri müzakirə edib

6-07-2024, 09:00 | Baxılıb: 235
“Azərbaycan XİN başçısı türkiyəli həmkarı ilə regional məsələləri müzakirə edib

İyulun 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə Görüşü, habelə TDT Xarici İşlər Nazirləri Şurasının İclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Bu barədə Diaspor.info-ya Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan-Türkiyə müttəfiqliyinin siyasi, təhlükəsizlik, iqtisadi, enerji, bağlantılar, humanitar aspektləri üzrə qarşılıqlı fəaliyyət, birgə layihələr və əldə olunmuş inkişafların regional sabitlik və əməkdaşlığa ciddi töhfələr verdiyi vurğulanıb.

Müttəfiqliyimizin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli siyasi dialoqun əsas rol oynadığı, habelə müvafiq dövlət qurumları və qanunverici orqanların nümayəndələrinin intensiv səfər və təmaslarının ciddi töhfəsi olduğu bildirilib.İki ölkə arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan müttəfiqlik münasibətlərini təsbit edən Şuşa Bəyannaməsinin imzalandığı Şuşa şəhərinin TDT-nin qeyri-rəsmi Zirvə Görüşünə ev sahibliyi etdiyi məmnunluqla qeyd olunub.

Nazir Ceyhun Bayramov xarici siyasətimizdə Türk dünyası və TDT istiqamətinin tutduğu əhəmiyyətli yerdən bəhs edərək Zirvə Görüşünün Təşkilat çərçivəsində əməkdaşlığın inkişafı və gücləndirilməsinə töhfə verəcək sənəd və qərarların qəbulu ilə yadda qalacağına ümidvar olduğunu söyləyib.

TDT ilə yanaşı, digər regional və beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın intensivləşməsinin əhəmiyyəti qeyd olunub. Bu istiqamətdə, cari ilin 3 iyul tarixində Azərbaycan-Türkiyə-Pakistan liderlərinin, habelə 15 mart tarixində Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşlərinin regional və qlobal təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi baxımından faydalı olduğu bildirilib.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə mövcud regional vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə fəaliyyəti, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin durumu barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənsitanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 10.6фильмы бесплатно


235

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.