• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Elnur Soltanov: Azərbaycan yaşıl enerji koridorları mövzusunda dünyada lider olan ölkələrin sırasında yer alır

8-07-2024, 15:00 | Baxılıb: 215
“Elnur Soltanov: Azərbaycan yaşıl enerji koridorları mövzusunda dünyada lider olan ölkələrin sırasında yer alır

Bakı Yay Enerji Məktəbinin əsas məqsədi Azərbaycanın enerji inqilablarında ön sıralarda yer almasıdır. Enerji məsələsi araşdırılacaqsa, öyrəniləcəksə, gediləcək ilk yer Azərbaycandır. Bizim fəlsəfəmiz budur.
Diaspor.info xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycanda bizim fəlsəfəmiz budur ki, həm neft, həm də qaz sahəsində qlobal enerji inqilablarının ön sırasında olaq. Azərbaycan əlbəttə ki, yaşıl enerji inqilabında ön sıralarda yer alacaq. COP29-a ev sahibliyinin Azərbaycana verilməsi bizim yaşıl enerji sahəsində atdığımız addımlara verilən mükafatdır. Eyni zamanda, Azərbaycanın fəaliyyətini bütün dünyaya göstərmək üçün bir fürsətdir”, - deyə o bildirib.

Elnur Soltanov diqqətə çatdırıb ki, Xəzər dənizi neft və qaz sahəsində olduğu kimi, bərpaolunan enerji mənbələri baxımından da çox zəngindir: “Azərbaycanın deyəcəyi çox söz var: biz neft və qaz sahələrində sözümüzü demişik və bunu nəinki region, həm də dünya üçün təhlükəsizlik və iqtisadi mənada dəyər mənbəyinə çevirmişik. Neft və qaz koridorlarını tikən və bütün dünyaya bu mövzuda dərs keçən Azərbaycan yaşıl enerji koridorları mövzusunda da dünyada lider mövqedə olan ölkələrin sırasında yer alır”.

COP29 Azərbaycan üzrə baş icraçı direktor bildirib ki, COP29 çərçivəsində gündəlikdə duran əsas məqamlardan biri yaşıl enerji koridoru məsələsidir: “COP hər zaman dediyim kimi, iqlim danışıqları prosesidir və bu proses artıq başlayıb. Noyabrın 11-nə qədər işimizin 50 faizindən çoxunu həll etməliyik ki, iki həftəlik proqram uğurla başa çatsın”.скачать dle 10.6фильмы бесплатно


215

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.