• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatında ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin nümayəndə heyəti ilə görüş keçirilib

12-07-2024, 12:00 | Baxılıb: 240
“Ombudsman Aparatında ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin nümayəndə heyəti ilə görüş keçirilib


Ombudsman Aparatında ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin xüsusi tapşırıqlar üzrə səfiri Ceyson Maklnerneyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli iştirak ediblər.

A.Səfixanlı görüş zamanı qonağı salamlayaraq Azərbaycanda dini tolerantlığın təmin edildiyini, insanların dini inanclarına hörmətlə yanaşıldığını, dini etiqad və vicdan azadlığının təmin edildiyini, dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimləndiyini, dini-mənəvi, əxlaqi-etik dəyərlərin ictimai münasibətlərin mühüm tərkib hissəsinə çevrildiyini bildirib. O, Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər, o cümlədən ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyəti barədə ətraflı məlumat verib. Milliyyətindən, dinindən asılı olmayaraq hər bir kəsin Ombudsmana sərbəst şəkildə müraciət etdiyi, onların müraciətlərinin qanunauyğun olaraq araşdırıldığı və müvafiq tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

Azərbaycanda müxtəlif etnik azlıqların qarşılıqlı hörmət, sülh şəraitində yaşadığı, onların ənənələrinə hörmət edildiyi, dini dəyərlərinə xüsusi diqqət yetirildiyi, hüquq və azadlıqlarının müdafiə olunduğu qeyd edilib.

Aparat rəhbəri Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) mandatı çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə keçirilən başçəkmələrdən danışıb, MPM fəaliyyəti ilə bağlı illik hesabatların hazırlandığını, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin verildiyini diqqətə çatdırıb.

Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli təsisatın beynəlxalq təşkilatlarla, o cümlədən BMT və onun ixtisaslaşdırılmış qurumları ilə əməkdaşlıq əlaqələri, eləcə də Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son dəyişikliklər nəticəsində bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə Müvəkkilin mandatının genişləndirilməsi, Aparatda yeni müvafiq struktur bölmələrin yaradılması barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra mövzular barədə müzakirələr aparılıb.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


240

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.