• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İcraçı direktor: Paytaxtımız müstəmləkəçiliklə mübarizə fəaliyyətlərinin və dekolonizasiya proseslərinin mərkəzinə çevrilib

17-07-2024, 14:00 | Baxılıb: 180
“İcraçı direktor: Paytaxtımız müstəmləkəçiliklə mübarizə fəaliyyətlərinin və dekolonizasiya proseslərinin mərkəzinə çevrilib

Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən Qurultay müstəqillik hərəkatlarının tarixində ilk dəfə təşkil olunur. Müasir dövrdə bu cür genişmiqyaslı tədbirlər nadir hallarda baş tutur. Bakı Təşəbbüs Qrupu olaraq biz bu Qurultayı təşkil etməklə müstəqillik hərəkatlarının təşəbbüslərinə və istəklərinə dəstək verməyi qarşıya məqsəd qoymuşuq.
Diaspor.info xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.

A.Abbasov bildirib ki, paytaxt Bakı artıq müstəmləkəçiliklə mübarizə fəaliyyətlərinin və dekolonizasiya proseslərinin mərkəzinə çevrilib. “Bu Qurultay da həmin müzakirələrin beynəlxalq platformasına çevriləcək. Fransa polisi tərəfindən həbs olunmuş yeni Kaledoniyadakı müstəqillik tərəfdarlarına, siyasi məhbuslara və onları müdafiə edən vəkillərə maddi yardım ayırmağı nəzərdə tutmuşuq. Digər ölkələrə də bu kimi yardımlar göstəriləcək. Təhsil və ailələrə gəlincə, Azərbaycan ali təhsil müəssisələrində bu regionlardan olan gənclərə xüsusi təqaüdlər ayırmaq niyyətindədir”, - deyə o əlavə edib.

İcraçı direktor qeyd edib ki, Azərbaycanda keçiriləcək COP29-da müstəmləkə dövlətlərindən olan nümayəndələrin iştirakı nəzərdə tutulub. Onlara dəvətlər göndərilib və ilkin müzakirələr başlanıb. Fransanın müstəmləkəçilik siyasətindən zərər çəkən ərazilərdə ciddi ətraf mühit problemləri var. COP29 çərçivəsində Bakı Təşəbbüs Qrupu tərəfindən keçiriləcək tədbirdə bu məsələlər də müzakirə olunacaq.скачать dle 10.6фильмы бесплатно


180

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.