• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türk İnvestisiya Fondunun fəaliyyətə başlayacağı tarix müəyyənləşib

24-07-2024, 09:00 | Baxılıb: 195
“Türk İnvestisiya Fondunun fəaliyyətə başlayacağı tarix müəyyənləşib

Türk İnvestisiya Fondu (TİF) bu il noyabrın 1-dən əməliyyat fəaliyyətinə başlayacaq.
Diaspor.info fondun məlumatına istinadən xəbər verir ki, bununla bağlı qərar TİF-in Direktorlar Şurasının iyulun 20-də İstanbulda keçirilən iclasında qəbul edilib.

“Görüş türk dövlətləri arasında iqtisadi əməkdaşlığın və investisiyaların təşviqini hədəfləyən fondun idarəetmə strukturu və fəaliyyəti ilə bağlı mühüm qərarların qəbul ediləcəyi platformaya çevrilib”, - məlumatda bildirilib.

Görüşdə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Ülvi Mansurov, “Qazaxıstan İnkişaf Bankı” ASC-nin İdarə Heyətinin sədri Marat Elibayev, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin Xarici İqtisadi Əlaqələr üzrə baş direktoru Kerem Dönmez, Özbəkistanın Yenidənqurma və İnkişaf Fondunun icraçı direktoru Şurxat Vafayev, Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr Departamentinin direktoru Səadət Asanseitova, eləcə də TİF-in baş direktoru Ramil Babayev iştirak ediblər.

“İclasda bir sıra mühüm qərarlar, o cümlədən Direktorlar Şurasının reqlamentinin, TİF-in 2024-cü il üçün ilkin inzibati büdcəsinin, maliyyə resurslarının idarə edilməsi siyasətinin təsdiqlənməsi, eləcə də fondun əməliyyat fəaliyyətinin başlama tarixinin müəyyən edilməsi və fondun baş direktoruna zəruri əməliyyatların aparılması üçün imza hüququnun verilməsinə dair qərarlar qəbul edilib”, - məlumatda bildirilib.Bundan başqa, iclas iştirakçıları Macarıstanın TİF-in təsis edilməsi haqqında sazişə qoşulmasını alqışlayıblar.

“Direktorlar Şurasının avqustun əvvəlində keçiriləcək növbəti iclasında TİF-in fəaliyyətinin təşkilati və maliyyə çərçivələri müəyyən ediləcək. TİF-in əməliyyat fəaliyyətinə başlaması üçün hədəf tarix 2024-cü il noyabrın 1-i müəyyən edilib”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, "Türk İnvestisiya Fondunun yaradılması haqqında" Saziş 2023-cü il martın 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycandan rəhbər iqtisadiyyat naziri Mikayıl Cabbarov, alternativ rəhbər isə maliyyə naziri Samir Şərifov təyin edilib.

Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dolları təşkil edir. Fond öz məqsədini həyata keçirmək üçün aşağıdakı funksiya və səlahiyyətlərə malikdir:

- regiondaxili ticarətin təşviqində yardım etmək;

- xüsusilə mikro, kiçik və orta müəssisələrə aid olan layihələri maliyyələşdirmək;

- beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlıq etmək və birgə maliyyələşdirmək;

- nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək;

- dövlət-özəl tərəfdaşlığı daxil olmaqla rəqəmsal infrastrukturun yaradılmasını və modernləşdirilməsini dəstəkləmək;

- sənaye istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizm daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrini dəstəkləmək;

- enerji səmərəliliyi, bərpa olunan enerji və ətraf mühitin mühafizəsinə investisiya yatırmaqla yaşıl iqtisadiyyata töhfə verən layihələri maliyyələşdirmək;

- zəruri hesab edildikdə investisiya layihələrinin hazırlanması üçün yardım və maliyyə dəstəyi təmin etmək.скачать dle 10.6фильмы бесплатно


195

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.