• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Elçin Əmirbəyov: Sülh sazişinin mətninə baxdıqda deyə bilərik ki, onun yekunlaşmasına çox yaxınıq

31-07-2024, 09:30 | Baxılıb: 199
“Elçin Əmirbəyov: Sülh sazişinin mətninə baxdıqda deyə bilərik ki, onun yekunlaşmasına çox yaxınıq

“Azərbaycanla Ermənistan arasında sülh prosesinin indiki mərhələsinə baxdıqda sülh sazişinin yekunlaşması istiqamətində substantiv irəliləyiş əldə etdiyimizi qeyd etməliyik”.
Diaspor.info-nun məlumatına görə, bu sözləri ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı deyib. O bildirib ki, tərəflər heç zaman sülh sazişinə bu qədər yaxın olmayıb: “Hər iki ölkə üçün düşmənçilik səhifəsini bağlamaq, Cənubi Qafqaz regionunun təbiətini dəyişmək, onu yaxın qonşuluq, sülh və sabitlik bölgəsinə çevirmək üçün tarixi imkan yaranıb. Bu proses uzun müddətdir davam edir. 30 ilə yaxın vasitəçilik danışıqları aparılıb. Lakin ötən ilin dekabrında hər iki ölkə danışıqları aparmaq və yekunlaşdırmaq üçün ən effektli və perspektivli formatın ikitərəfli və birbaşa formatda olması ilə bağlı qərara gəldi. O vaxtdan qarşılıqlı etimadın qurulması və müəyyən proseslərin davam etməsi, o cümlədən diplomatik dəstək mübadiləsi, bəzi həbsdə saxlanılanların azad olunması, sərhədlərin delimitasiyası üçün əməli işlərin başlanılması daxil olmaqla əhəmiyyətli nailiyyətlər əldə olunub”.

Elçin Əmirbəyov əlavə edib ki, masa üzərində olan sülh sazişinin mətninə baxdıqda demək mümkündür ki, onun yekunlaşmasına çox yaxınıq: “Azərbaycanın istəyi beynəlxalq ictimaiyyətin gözləntilərini qarşılamaq üçün əlindən gələnin ən yaxşısını etməkdir. Amma eyni zamanda, Azərbaycan kökündə Ermənistanın ərazi iddiaları duran bu münaqişəni birdəfəlik həll etmək istəyir. Biz ümid edirik ki, yerdə qalan çətinliklər qısa zamanda lazımi qaydada həll olunacaq və biz etibarlı, davamlı və geri dönülməz sülhə nail olacağıq”.скачать dle 10.6фильмы бесплатно


199

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.