• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

MŞ-nin İdarə Heyətinin üzvləri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının konfansına qatılıblar

9-09-2024, 18:30 | Baxılıb: 182
“MŞ-nin İdarə Heyətinin üzvləri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının konfansına qatılıblar


MŞ-nin İdarə Heyətinin üzvləri
Avropa Müstəqil Mətbuat Şuraları Alyansının
konfansına qatılıblar

Londonda Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) illik toplantısı keçirilib. Tədbirə evsahibliyini Böyük Britaniya mediasının özünütənzimləmə qurumlarından olan “İmpress UK” gerçəkləşdirib. Toplantıda ölkəmizi Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli və qurumun İdarə Heyətinin üzvü Yadigar Məmmədəli təmsil edib.

Tədbir AİPCE-yə üzv təşkilatların illik hesabatlarının təqdimatı və müzakirəsi ilə başlayıb. Ayrı-ayrı ölkələr üzrə mətbuat şuralarının hesabatlarının dinlənilməsindən sonra təşkilati məsələlərə baxılıb. Növbəti bir il üçün AİPCE-nin fəaliyyətini koordinasiya edəcək katiblik formalaşdırılıb. Həmçinin, AİPCE-də “müşahidəçi üzv” statusu almaq üçün müraciət ünvanlamış qurumlar nəzərdən keçirilib.

Təşkilati məsələlər sırasında AİPCE-nin 2025-ci il konfransının keçiriləcəyi ölkənin adının müəyyənləşdirilməsi də müzakirə edilib və Monteneqronun üzərində dayanılıb. Toplantıda, həmçinin, müasir media trendləri ətrafında da diskussiya gedib. “Süni intellektin jurnalistikaya təsirləri”, “ChatGPT, Google Search və müəllif hüquqları”, “Peşəkar KİV-lərin mövcud problemləri və gələcək təhdidlərə qarşı dayanıqlılığın yaradılması”, “Rəqəmsallaşma dövründə media şuralarının rolu” kimi mövzular üzrə panel sessiyalar təşkil edilib.

Qeyd edək ki, Avropa Müstəqil Mətbuat Şuraları Alyansı (AİPCE) Avropa dövlətlərində fəaliyyət göstərən mətbuat şuralarının koordinasiyasını həyata keçirən beynəlxalq təşkilatdır. 2024-cü ildən etibarən başqa qitələrdəki mətbuat şuralarının da AİPCE-yə müşahidəçi üzv statusunda iştirakına qərar verilib. Azərbaycan Mətbuat Şurası isə AİPCE-nin tamhüquqlu üzvüdür və onunla sıx əməkdaşlıq şəraitində çalışır.скачать dle 10.6фильмы бесплатно


182

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.