• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Preziden İlham Əliyevin Avropa Birliyi və NATO üzvü olan ölkədən verdiyi ciddi mesajlar!

12-09-2024, 16:00 | Baxılıb: 209
“Preziden İlham Əliyevin Avropa Birliyi və NATO üzvü olan ölkədən verdiyi ciddi mesajlar!

Kəlbəcərdə təməlatmaların ardından İtaliyaya səfər etmiş dövlət başçısının məhz Avropa Birliyi və NATO üzvü olan ölkədən mesajlar verməsi təsadüf deyil. Antiterror əməliyyatları bitdikdən sonra Azərbaycanın ərazi bütüövlüyü tam bərpa olunaraq 30 illik separatçılığa son qoyuldu. İllərlə Qərbin uğursuz dəstəyini hiss etsək də, heç bir nəticə əldə etmədik. Bu gün elə ölkələrdən biri də Ukraynadır. Qərbin çox geniş dəstəyini arxasında hiss etsə də, ərazilərini itirdi, uğursuzluğa düçar oldu. İndi də ərazi bütövlüyünü bərpa etməyə çalışır. Elə bu yaxınlarda, tam olaraq sentyabrın 6-da İtaliyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda belə bir ifadə işlətdi: “…Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik”. Bəli, belə də oldu. Azadlıq necə zərrə-zərrə, qram-qram əldən verilmişdisə xarici güclərin hesabına, heç bir dəstək olmadan elədə geri qaytarıldı hər qayası, hər daşı.

Bu səfər ilk günündən ta son gününə qədər Prezident İlham Əliyevin verdiyi mühüm mesajlarla yadda qaldı. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Əlbəttə ki, siyasi iradə olmadan bir nömrəli tərəfdaş statusunda qalmaq çox çətin olardı. Şübhə yoxdur ki, iki ölkə qarşılıqlı surətdə siyasi iradə, iqtisadi üstünlük nümayiş etdirməyi illər uzunu bacarıb. İtaliya Azərbaycana doğma qardaş deyil, türk respublikaları deyil, Rusiya deyil, İngiltərə və yaxud ABŞ deyil. Bir çox ölkələr kimi yaxın və uzaq ölkə statusunda da deyil. İtaliya ölkəmizin bir nömrəli ticarət tərəfdaşıdır və bu uzun illərdir, belədir, dəyişməzdir, stabildir. Bu da onun göstəricisidir ki, iki ölkə arasında qarşılıqlı güvən var, keçmişə inam, ehtiram, gələcəyə böyük etibar var. Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində ədalətli mövqe tutan İtaliya Cənubi Qafqaz respublikaları arasında öz səfirliyini ilk dəfə 1997-ci ildə Azərbaycanda açdı. Bəzən elə məsələlər olur ki, onlar beynəlxalq hüquqla nizamlanmır. Həmin zaman masa üzərində digər amillərdə olmalıdır. Yeni model kimi. Yeni modelin ilk nümunəsi isə Azərbaycandır. Siyasi iradə göstərən və xalqın səfərbər olması ilə ciddi dəyişikliyə səbəb olan Azərbaycan modeli.

Praqmatik zəkası və uzaqgörən siyasəti ilə cənab Prezidentin Beynəlxalq Çernobbi Forumundakı son sözləri bunu deməyə əsas verir ki, Azərbaycan çox güclüdür və istənilən haqsızlığa qarşı ədalətli mövqe seçib. Ölkəmizin Avropa Şurasının Parlament Assambleyasının bir sıra üzvlərini arzuolunmaz şəxs elan etməsi isə tam yerində verilən qərardır. Əgər onlar körpülərin qurulmasını, təmasların genişləndirilməsini istəyirlərsə, cənab Prezidentin təbirincə desək: “…Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında tətbiq edilən qadağa aradan qaldırılacaq”.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoruскачать dle 10.6фильмы бесплатно


209

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib
Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir
Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib
Bakı Limanına yeni baş direktor təyin edilib
Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib

Bakı Limanına yeni baş direktor təyin edilib

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.