• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İsveçrə qəzetində Azərbaycanda ordu quruculuğundan bəhs edilən məqalə dərc olunub

13-09-2024, 11:30 | Baxılıb: 168
“İsveçrə qəzetində Azərbaycanda ordu quruculuğundan bəhs edilən məqalə dərc olunub

İsveçrənin aparıcı mətbu orqanları arasında yer alan “Aargauer Zeitung” qəzetində “İsveçrə üçün örnək? Azərbaycan öz ordusunu yenidən kəşf etməyi necə bacardı?” sərlövhəli məqalə dərc olunub.
Diaspor.info xəbər verir ki, məqalədə Azərbaycanın 44 günlük Vətən müharibəsinə hərbi hazırlığının mahiyyətindən, ordu quruculuğunda konseptual və texnoloji inqilabın həyata keçirilməsindən, eyni zamanda bu nümunənin perspektivdə İsveçrə ordusunun gələcək silahlanmasında oynaya biləcəyi roldan bəhs edilib.

Məqalə müəllifi Boyan Stula 2020-ci ildə Azərbaycanın hərbi-texnoloji cəhətdən Ermənistan üzərində qəti qələbə qazandığını, tam bir il bundan əvvəl isə düşmən qüvvələrinin yekun şəkildə darmadağın edilməsinin başa çatdırıldığını qeyd edir. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin inqilabi dəyişiklik və müasirləşməsi İsveçrə ordusu üçün bir sıra düşündürücü məqamlara yol açır. Çünki Azərbaycanın 2020-2023-cü illərdə həyata keçirdiyi əməliyyatlar tarixdə robot sistemlərin uğura imza atdığı ilk müharibə kimi yadda qalıb. Müəllif bununla bağlı ABŞ analitiki, təqaüddə olan polkovnik Con Antalın “Ölümə yeddi saniyə” kitabına da istinadlar edir. Kitabda qeyd olunur ki, bu əməliyyatlar pilotsuz uçuş aparatları (PUA) ilə müharibə aparmağın ilk nümunəsi hesab edilməlidir.

Məqalədə Birinci və İkinci Qarabağ müharibələrinin fərqləndirici xüsusiyyətlərinə də toxunulur. Qeyd edilir ki, ermənilər sovet doktrinasına sadiq qalaraq ənənəvi yol seçdilər və Qarabağda ələ keçirdikləri ərazilərdə mövqelərini möhkəmləndirməyə üstünlük verdilər. Azərbaycan isə öz ordusunda radikal dəyişikliklər yolunu seçərək Türkiyə ilə sıx hərbi əməkdaşlığa başladı. Həm bu ölkədən, həm də İsraildən aldığı pilotsuz uçuş aparatlarını öz arsenalına daxil etdi. Artıq 2020-ci ildə hərbi əməliyyatlar yenidən alovlananda Azərbaycan öz hərbi doktrinasını tam şəkildə “Bayraktar” və “Harop” kimi silahlar üzərində qurmuş, ciddi təlimlərlə bu silahları mənimsəmişdi.

Məqalədə Azərbaycan ordusunun tətbiq etdiyi müasir döyüş texnologiyaları, düşməni çaşdırmaq üçün istifadə edilən manevrlər, süni intellektin hərbi texnologiyalarda istifadəsi və digər innovativ hərbi istiqamətlərdən bəhs olunub, İsveçrənin öz ordu quruculuğunda bu modeldən bəhrələnməli olduğu qeyd edilib.скачать dle 10.6фильмы бесплатно


168

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib
Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir
Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib
Bakı Limanına yeni baş direktor təyin edilib
Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib

Bakı Limanına yeni baş direktor təyin edilib

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.