Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub.
Diaspor.info-nun məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə baş tutan toplantıda əvvəlcə sentyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb.
MSK üzvləri daha sonra yeddinci çağırış Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxıblar.
Bildirilib ki, Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Qeyd edilib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer ayrılaraq namizədlərin ixtiyarına verilib. Deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər.
Vurğulanıb ki, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq media nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar.
İclasda Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsi — İbrahimqızı Məlahət İbrahim qızı
22 saylı Nəsimi-Yasamal Seçki Dairəsi — Mollazadə Asim Nazim oğlu
23 saylı Nəsimi-Səbail Seçki Dairəsi — Səmədzadə Ziyad Əliabbas oğlu
24 saylı Nizami birinci Seçki Dairəsi — Nurullayeva Könül Oruc qızı
25 saylı Nizami ikinci Seçki Dairəsi — Əhmədov Əli Cavad oğlu
26 saylı Sabunçu birinci Seçki Dairəsi — Mustafa Fazil Qəzənfər oğlu
27 saylı Sabunçu ikinci Seçki Dairəsi — Əlizadə Arzuxan Baxşəli oğlu
28 saylı Sabunçu üçüncü Seçki Dairəsi — Quliyev Eldar Allahyar oğlu
29 saylı Sabunçu dördüncü Seçki Dairəsi — Allahverənov Azər Kərim oğlu
30 saylı Suraxanı birinci Seçki Dairəsi — Fətəliyeva Sevinc Həbib qızı
31 saylı Suraxanı ikinci Seçki Dairəsi — Məmmədov Qaya Məmməd oğlu
32 saylı Suraxanı üçüncü Seçki Dairəsi — Həsənova Afət Əbil qızı
33 saylı Xətai birinci Seçki Dairəsi — Oruc Zahid Məhərrəm oğlu
34 saylı Xətai ikinci Seçki Dairəsi — Zabelin Mixail Yuryeviç
35 saylı Xətai üçüncü Seçki Dairəsi — Vəliyeva Pərvanə Bulud qızı
36 saylı Xətai-Suraxanı Seçki Dairəsi — Həsənquliyev Qüdrət Müzəffər oğlu
37 saylı Qaradağ Seçki Dairəsi — Hüseynov Aydın Nəsir oğlu
110 saylı Balakən Seçki Dairəsi — Məhəməliyev Nəsib Məhəməli oğlu
111 saylı Zaqatala-Balakən Seçki Dairəsi — Kərimli Azər Şəmşid oğlu
112 saylı Zaqatala Seçki Dairəsi — Əsgərov Asif Yunis oğlu
113 saylı Qax-Şəki Seçki Dairəsi — Məsimli Əli Əhməd oğlu
114 saylı Şəki şəhər Seçki Dairəsi — İskəndərov Vüqar Yapon oğlu
115 saylı Şəki kənd Seçki Dairəsi — Feyziyev Cavanşir Əyyub oğlu
116 saylı Qəbələ Seçki Dairəsi — Musayev Elşən Məmmədhənifə oğlu
117 saylı Oğuz-Qəbələ-Şəki Seçki Dairəsi — Qurbanov Eyvaz Daşdəmir oğlu
118 saylı Ağdam-Xocalı Seçki Dairəsi — Məmmədov Elman Camal oğlu
119 saylı Ağdam Seçki Dairəsi — Əliyev Bəxtiyar Həmzə oğlu
120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi — Məmmədov Ceyhun Valeh oğlu
121 saylı Laçın Seçki Dairəsi — Muradov Rövşən Şahbaz oğlu
122 saylı Xankəndi Seçki Dairəsi — Gəncəliyev Tural Babaşah oğlu
123 saylı Kəlbəcər Seçki Dairəsi — Qasımlı Mircəlil Xəqani oğlu
124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsi — Bülbüloğlu Polad Murtuza oğlu
125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi — İsmayılov İmamverdi İbiş oğlu