• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

23 saat 43 dəqiqəyə Dövlət Suverenliyi bərpa olundu

20-09-2024, 14:00 | Baxılıb: 278
“23 saat 43 dəqiqəyə Dövlət Suverenliyi bərpa olundu

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Müzəffər Ali Baş Komandan 19 sentyabr 2024-cü ildə bu günün təsis edilməsi ilə bağlı Sərəncam imzaladı. Bu suverenlik öz-özünə bərpa edilmədi. Qəhrəmanlarımızın və şəhidlərimizin qanı bahasına əldə edilən ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətinə çevrildi.

Əzəli torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Ermənistana davamlı sülh üçün çağırışlar edilsə də, hər dəfə danışıqlardan boyun qaçırır, suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. Üçtərəfli Bəyanata əsasən 3 il əvvəl Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri tərk-silah edilməli idilər. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarına baxmayaraq, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, qüvvələrinin sayını artırır, yeni silahlar alıb təxribat törədir, sonra da Prezident İlham Əliyevin təbirincə desək: “Təlxək” prezidentlərini seçir, qondarma parlamentlərinin adından Azərbaycan əleyhinə bəyanatlar verirdilər.

2023-cü il sentyabrn 19-da Qarabağda Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, o cümlədən güc strukturlarımızın hərbi qulluqçuları şəhid oldu və yaralandı. Həmin gün Qarabağda qanunsuz yerləşdirilmiş separatçıların növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Və müşahidələr nəticəsində qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirməsi təsbit edildi. Bununla da üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi və bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılmasına əmr verildi. Bu əmrin icrası 23 saat 43 dəqiqə çəkdi. Separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin və sülhməramlıların müraciətini nəzərə alaraq tam atəşkəs haqqında razılaşma əldə olundu və sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən Xunta rejimi silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olundu. Azərbaycan tərəfi ilə görüşdən imtina edən icmanın nümayəndələri bir günlük qasırğadan sonra Yevlax şəhərində görüşə məcbur edildi.Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələsindən sonra sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Azərbaycan dövləti öz suverenliyini Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi ilə tam təmin etdi. Qələbənin möhtəşəm simvolu isə 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində təntənəli Zəfər hərbi paradın keçirilməsi oldu.

Prezident Xankəndidə xalqa müraciətində deyirdi: “Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında”.

Vətən müharibəsindən ötən illər ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını ləngidir, qəbul etdiyi öhdəliklərin icrasını gecikdirir, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə sülh müqaviləsinin reallaşmamasına çalışır. Sülhün və sabitliyin yeganə yolu erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Aprelin 23-də Laçın rayonunda Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması və humanitar məqsədlə Ağdam-Xankəndi yolunun təklif edilməsi Ermənistan tərəfinin bütün xain planlarını alt-üst etdi. Öz məkrli niyyətlərinə çata bilməyən düşmən bölgədə erməni sakinlərinə qarşı “soyqırımı”, “blokada” və “humanitar böhran”ın aparılması barədə yalan və əsassız iddialarla bu prosesi beynəlxalq müstəvidə siyasiləşdirməyə, ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa başladı.

İndi ölkəmizə qarşı qərəzli mövqedə dayanıb bizi qınayanlar anlamalıdırlar ki, 10 noyabr 2023-cü il tarixdə imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndinin tələblərinin kobud şəkildə pozulmasının səbəbkarı Ermənistandır. Həm antiterror tədbirləri çərçivəsində, həm də sonrakı dövrdə Azərbaycan Ordusu mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektləri hədəfə almadı. Mülki əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün humanitar dəhliz və qəbul məntəqələri də yaradıldı.vaxt etmək lazımdır, onu mən bilirəm”.

Azərbaycan əsgərinin öz ulu babası Pənahəli xanın qurub tikdiyi Xankən-diyə doğru atdığı addımların səsini Nyu-Yorkda eşitdirən Rəcəb Tayyib Ərdoğan sözlərini Vaşinqtonda BMT-nin Baş Assambleyasında bu cümlə ilə tamamladı: “Qarabağ Azərbaycan torpa¬ğıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”.

Cəmi 23 saat 43 dəqiqəyə dövlət suverenliyi bərpa olundu. Bəlkə də, tarixdə belə bir qələbəyə kimsə nail olmayıb. İndi Qarabağ üçün canını fəda etmiş bütün qəhrəmanların ruhu şaddır. Bu qələbəni xalqımıza yaşatdılar. Elə xalqımıza da qələbə yaraşır, Zəfər yaraşır. Müzəffər Ali Baş Komandanın ötən il oktyabr 15-də Xankəndi şəhərində Azərbaycan Bayrağını qaldırarkən dediyi sözlər, bəlkə, yüzilliklər boyu el-el, oba-oba gəzərək azərbaycanlı qanı daşıyan hər kəsin dillər əzbəri olacaq. “…Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimidir, Qarabağ Azərbaycandır!

Dövlət Suverenliyi Günümüz mübarək!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoruскачать dle 10.6фильмы бесплатно


278

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bakı Limanına yeni baş direktor təyin edilib
Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Bakı Limanına yeni baş direktor təyin edilib

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.