• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

20-09-2024, 17:00 | Baxılıb: 212
“Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayıb.
Diaspor.info xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli neft sənayesi işçiləri!

Sizi böyük iftixar hissi ilə “Əsrin müqaviləsi”nin 30 illiyi və peşə bayramınız − 20 Sentyabr Neftçilər Günü münasibətilə ürəkdən təbrik edirəm!

Ölkəmiz üçün əlamətdar tarixi hadisə olan “Əsrin müqaviləsi” və Neftçilər Günü məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Otuz il öncə Ulu Öndərin uzaqgörən siyasəti və dəmir iradəsi sayəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu, ölkəmiz beynəlxalq enerji layihələrinin fəal iştirakçısına çevrildi. Xarici tərəfdaşlarla birlikdə reallaşdırılan iri layihələr enerji xəritəsində ölkəyə strateji mövqe qazandırmaqla yanaşı, dünya enerji təchizatının sabitliyinə də töhfə verdi.

Ümummilli Lider bu böyük layihəni həyata keçirməklə Azərbaycanın gələcək nəsillərinə iqtisadi müstəqillik və davamlı inkişaf mirası qoydu. Ötən 30 ildə ölkə iqtisadiyyatı gücləndi, Azərbaycanın regional və qlobal səviyyədə mövqeyi möhkəmləndi. İri xarici sərmayələr cəlb olundu, infrastruktur müasirləşdi, yeni iş yerləri yaradıldı və əhalinin həyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdı.Azərbaycan neft-qaz sektorunun inkişafı, şaxələndirilmiş enerji siyasəti, müasir enerji infrastrukturu və beynəlxalq əməkdaşlıq sayəsində etibarlı tərəfdaşa və nümunəvi ölkəyə çevrilib. Artıq dünyanın on ölkəsini mavi yanacaqla təchiz etməsi və enerji layihələrinin əhatə dairəsini davamlı genişləndirməsi regionda ölkəmizin əhəmiyyətini artırır, həmçinin yeni iqtisadi sahələrin inkişafına imkanlar yaradır.

Qlobal çağırışları nəzərə alaraq, Azərbaycan bərpaolunan enerji resurslarının artırılması üçün yeni təşəbbüslər həyata keçirir. “Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanın ev sahibliyi edəcəyi COP29 beynəlxalq tədbiri dayanıqlı enerji mənbələrindən geniş istifadə, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı baxımından fürsət olmaqla, qlobal ekoloji problemlərin həllinə mühüm töhfə verəcəkdir.

Daim inkişaf edən neft-qaz sektoru hazırda yeni tarixi dövrünü yaşayır. Ötən illər ərzində qazanılan böyük uğurlar enerji sahəsinin inkişafı və onun təməli olan “Əsrin müqaviləsi” ilə bilavasitə bağlıdır.

Sizin Azərbaycan neft sənayesindəki uğurlarınızın gələcək nəsillərə də örnək olacağına inanıram. Əminəm ki, fədakar əməyinizin bəhrələri hələ uzun illər xalqımıza xidmət edəcək. Bu yolda hər birinizə yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulayıram!".скачать dle 10.6фильмы бесплатно


212

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bakı Limanına yeni baş direktor təyin edilib
Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Bakı Limanına yeni baş direktor təyin edilib

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.