Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
Diaspor.info xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Əziz dostlar, bu gün şəhərimizdə çox əlamətdar bir gündür. Deyə bilərəm ki, ölkə üzrə çox əlamətdar bir gündür. Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, doğrudan da çox gözəl hadisədir.
Bildiyiniz kimi, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün mən iki Sərəncam imzalamışam. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün şəhərimizin bu gözəl yerində, deyə bilərəm ki, şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldılıb.
Bildiyiniz kimi, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir. Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır.İşğal dövründə çoxsaylı xarici nümayəndələrlə görüşlər əsnasında mən bu barədə artıq bir neçə dəfə demişəm. Belə fikirlər eşidirdim ki, reallıqlarla barışmaq lazımdır, Qarabağ artıq əldən gedib, Ermənistanla barışmaq lazımdır, gənc nəsli sülhə hazırlamaq lazımdır. Bu münaqişənin hərbi həlli yoxdur və digər fikirlər səsləndirilirdi. Bəzi hallarda bu fikirləri səsləndirənlər bəlkə də səmimi idilər, bəzi hallarda bizi yolumuzdan döndərmək, bizə bədbinlik duyğuları aşılamaq üçün edirdilər. Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması, - mən bunu bilirəm, - Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Hətta işğal dövründə, 10 il, bəlkə də ondan da qabaq mən bəzi çıxışlarımda Qərbi Azərbaycanla bağlı fikirlərimi səsləndirirdim. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Bu gün antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük. Əslində, birinci həftələr, birinci aylar ərzində bizə qarşı nə qədər əsassız ittihamlar irəli sürülürdü, bizə sanksiyalar tətbiq edildi. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər, - hər halda, özlərini belə sayanlar, - bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir. Antiterror əməliyyatının ildönümü ərəfəsində biz yenə də nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşdik. Bu, bizim iradəmizə təsir edə bilər? Heç vaxt! Çünki bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Əslində, bu, Azərbaycan xalqının işidir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur.Qarabağda tarixi və mədəni abidələrimizi uçurtduqları kimi, Aşıq Ələsgərin heykəlini də uçurtmuşlar. Amma hörmətli Prezidentin dediyi o əminliyi mən də paylaşıram ki, gec-tez dinc yolla Aşıq Ələsgərin özü də, sözü də, adı da və həmvətənləri də öz doğma torpaqlarına qayıdacaqlar.
Bu gün biz Aşıq Ələsgərdən danışanda minillik poeziyamızda xüsusi yeri olan bir sənətkardan danışırıq. Çünki bizim poeziyamız çox zəngindir, böyükdür. Amma orta əsr şairlərinin dillərində ərəb, fars kəlmələri o qədər çoxdur ki, indi onları yeni nəsillər lüğətsiz oxuya bilmirlər. Aşıq Ələsgərin, ümumiyyətlə, aşıq poeziyasının dili isə o qədər şəffafdır, bulaq suyu kimi o qədər təmizdir ki, onu biz lüğətsiz oxuyuruq. Mən Aşıq Ələsgərin lap gəncliyimdən yadımda qalan şeirini burada səsləndirmək istəyirəm:
Çərşənbə günündə çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Qaşını oynatdı, gözündən güldü,
Nazi-qəmzələri canıma düşdü.
Mən işarət elədim, dərdimi bildi,
Gördüm həm gözəldi, həm əhli dildi.
Qaşını oynatdı, gözündən güldü,
Güləndə qadası canıma düşdü.
Ələsgərəm, hər dərddən halıyam,
Dedim, sən gözəlsən, mən yaralıyam.
Dedi, nişanlıyam, özgə malıyam,
Sındı qol-qanadım, yanıma düşdü.ondan bir qədər sonra keçmiş sovetlər birliyinin, mən deyərdim ürəyində, Moskvada, Kremlin sütunlu salonlarında bu yubiley tədbirləri həyata keçirildi. Ulu Öndərin özünün də qatıldığı bu yubiley tədbirlərində keçmiş SSRİ-nin ən yüksəkçinli rəhbərləri və tanınmış mədəniyyət xadimləri iştirak edirdilər. Burada mən yaşda olan insanlar yəqin yaxşı bilirlər ki, o dövrdə belə bir tədbirin Kremldə keçirilməsi o qədər də asan bir məsələ deyildi. Bu və buna bənzər tədbirlər yalnız Ulu Öndərin o dövrdə sovetlər birliyində olan böyük nüfuzunun sayəsində mümkün olmuşdur. Mən çox yaxşı xatırlayıram, Ulu Öndərin Sərəncamından sonra Aşıq Ələsgərin 150 illik yubileyi ərəfəsində Göyçə mahalının Ağkilsə kəndində onun qəbirüstü abidəsinin qoyulması məsələsi gündəmə gəlmişdi. Möhtərəm cənab Prezident, Ermənistan rəhbərliyi buna çox ciddi-cəhdlə mane olmağa çalışırdı. O vaxt Göyçə ziyalıları Ulu Öndər Heydər Əliyevə müraciət etdikdən sonra bu məsələ öz həllini tapdı və abidə çox qısa bir müddət ərzində hazırlandı və qoyuldu. Burada qeyd edildiyi kimi, çox təəssüflər olsun ki, o abidə erməni vandalları tərəfindən dağıdılıb.
Möhtərəm cənab Prezident, tarixi Qələbəmizdən sonra Şuşada dahi Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın ermənilər tərəfindən dağıdılmış abidələrini bərpa etdiyiniz kimi, Sizin dəmir iradəniz sayəsində Qərbi azərbaycanlılar öz torpaqlarına qayıdacaq və Aşıq Ələsgərin qəbirüstü abidəsi də bərpa olunacaq. Mən bu günün çox da uzaq olmadığına inanıram.dili, poeziyası Azərbaycan dilinin, Azərbaycan ruhunun, türk ruhunun, belə deyək ki, çox monumental bir göstəricisidir. O deyib:
Yaxşı hörmət ilə, təmiz ad ilə
Mən dolandım bu Qafqazın elini,
Pirə ata dedim, cavana qardaş,
Ana-bacı bildim qızı, gəlini.
Bu bir əxlaq kodeksidir, sənətkarın əxlaq kodeksi. Özü də sıradan bir kodeks deyil, milli-mənəvi dəyər səviyyəsinə ucalmış bir kodeksdir ki, bizim üçün Ələsgər ucalığının nə olduğunu bu misralardan görürük. Yaxud aşıq sənətinin nizamnaməsi statusunda çıxış edən bir şeirində deyir:
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra,
El içində pak otura, pak dura
Dalısınca xoş sədalı gərəkdir.
Baxın, bu və bu sıradan olan bütün mətləblər hamısı elin, xalqın ürəyindən gələn, belə deyək ki, o düşüncələrdir. Həm də böyük fəlsəfi dərinliyi özündə cəmləşdirir. Yəni, Aşıq Ələsgər sıradan bir aşıq deyil, o, böyük ustaddır, filosof ustaddır və onun heykəlinin ucaldılmasında da bu keyfiyyətlər rol oynayır. Şeirlərinə baxın, şeirlər Dədə Qorqud ruhundan, Dədə Qorqud dilindən süzülüb gəlir və onların içərisindəki bütün keyfiyyətlər xalqın milli duruşuna, milli-mənəvi varlığının ayaq üstündə durmasına təkan verir. O mənada mən düşünürəm ki, Aşıq Ələsgər irsinə Ulu Öndərimiz Heydər Əliyevin verdiyi böyük dəyərdən bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də ucaltdığı bu heykəl doğrudan da hamımız üçün bir qürur mənbəyidir, elə bir ümid yeridir ki, heykəlin ikinci açılışı Göyçəmizdə olacaq və Göyçədə Aşıq Ələsgər heykəlinin açılışı sizli-bizli bir yerdə olacaq.həmin dövrdə, müharibənin çox qızğın dövründə hamı kimi bütün millətimiz televizor qarşısında Sizin çıxışınızı gözləyirdi. Deyərdim, 100 minlərlə insan Sizin o çıxışınızdan sonra televizoru qucaqlayıb öpürdü. Onlardan biri də mən olmuşam.
Cənab Prezident, həqiqətən də Aşıq Ələsgər sənətinə verdiyiniz bu dəyər bütövlükdə saz sənətinə, söz sənətinə verilən bir dəyərdir. Milli-mənəvi dəyərlərimizi bu gün belə yaşatmaq bizi çox sevindirir, çox qürurlandırır. Həqiqətdə ürək sözlərim çoxdur, bir qismini dedilər. Əslində, mən o mövzuya toxunacaqdım. Amma istəyirəm ki, bir balaca da o mövzuya toxunum. Ulu Öndərin Aşıq Ələsgərə ilk dəfə verdiyi ən böyük dəyər 1972-ci ildə oldu. Aşıq Ələsgərin 150 illik yubileyi 1971-ci ildə olmalı idi. Məhz nəyə görə bir ildən sonra oldu? Hörmətli Əhliman müəllim də qeyd etdi, o dövrdə erməni xalqı istəmirdi ki, Aşıq Ələsgərin, türk millətindən olan belə bir şairin xatirəsi əbədiləşdirilsin. Ona görə ermənilər bir il bu işi yubatdılar. Nəhayət, Ulu Öndərimiz həmin vaxt Moskvada məsələ qaldırdı, bütün mərkəzi komitəni ayağa qaldırdı, komissiya təşkil etdi və bilavasitə bu məsələni öz nəzarətinə götürdü. Beləliklə, nəinki Göyçə mahalında onun kəndində abidəsi qoyuldu, hətta İrəvanda, Moskvada, Kreml sarayında onun yubiley tədbiri keçirildi.
Bəli, bizim çox böyük arzumuz var ki, İnşallah, bayaq dediyiniz kimi, Aşıq Ələsgərin doğulduğu kənddə yenə də onun qəbirüstü abidəsi bərpa olunsun. Hələ vaxtilə Ulu Öndər Göyçə camaatı ilə görüşəndə belə bir söz deyib ki, mən çox inanıram, inanıram ki, gün gələcək, dövr dəyişəcək, siz öz dədə-baba torpaqlarınıza qayıdacaqsınız və orada ata-babalarınızın qəbrini ziyarət edəcəksiniz və Aşıq Ələsgərin sazı o dağlarda təzədən çalınacaq. Həqiqətən də biz buna inanırıq, çox inanırıq. Çünki Siz ata vəsiyyətini doğrudan həyata keçirirsiniz. İnanırıq ki, o gün bizə qismət olacaq.
Vaxtınızı çox almayacağam, cənab Prezident, mən o vaxt televizorda Sizi qucaqlamışdım, istəyirəm icazə versəniz əlinizi sıxım.Prezident İlham Əliyev ustad sənətkar Aşıq Ələsgərin abidəsinin açılışını etdi.
Azərbaycan Prezidenti abidənin önünə gül dəstəsi qoydu.
Sonda xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyev, memarı isə Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi Malik Babayevdir.
Aşıq Ələsgər öz əsərləri ilə Azərbaycanın zəngin bədii irsinə misilsiz töhfələr bəxş edib. Azərbaycan milli bayramları və toylarının əvəzedilməz iştirakçısı olan Aşıq Ələsgərin yaradıcılığı əlvan xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malikdir. Aşıq Ələsgərin əsərləri dilinin sadəliyi, nitqin zənginliyi, müxtəlifliyi, emosionallığı və özünəməxsus bədii tapıntıları ilə seçilir.
Onun yaradıcılığında gənc nəslin əxlaqi-tərbiyəvi və vətənpərvər ruhda böyüməsi üçün yazdığı şeirlər-ustadnamələr də xüsusilə təqdirəlayiqdir. Aşıq Ələsgərin zəngin poetik irsi aşıqlar üçün əsl sənətkarlıq məktəbi olub.