"Güclü iqtisadiyyat, qüdrətli ordu, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Bu reallıqları isə bizə Müzəffər Prezident İlham Əliyev bəxş etdi. Ölkəmizin rəhbəri xalqın sevgisini və dəstəyini qazanaraq, bizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı".
Bu fikirləri Diaspor.info-ya Muxtar Respublikası Ali Məclisinin Sədr müavini, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev "Azərbaycan" qəzetinə açıqlamasında bildirib. O qeyd edib ki, ötən qısa tarix Prezident İlham Əliyevin qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi lider olduğunu dəfələrlə sübut edib. Arzu Abdullayev vurğulayıb ki, düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz tarixinə, tarixi və beynəlxalq hüquqla təsbitlənmiş torpaqlarına uzanmış yad əlləri kəsdi. Ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunu artırdı və bütün bunların sayəsində bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi. Bu gün Azərbaycan regional siyasi şərtləri öz xeyrinə dəyişməyi bacarmış nadir dövlətlərdən biridir. Cənubi Qafqazın siyasət masasında həlledici tərəf Azərbaycandır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini hesab edir ki, Azərbaycanın dünyada söz sahibinə çevrilməsi, möhtəşəm beynəlxalq tədbirlərə evsahibliyi etməsi, mövcud qlobal problemlərin həlli məqsədilə yeni-yeni ideya və təşəbbüslərlə çıxış etməsi, ölkəmizin belə problemlərin həll edildiyi məkana çevrilməsini heç şübhəsiz ki, ABŞ və Qərbi Avropanın bəzi dövlətləri həzm edə bilmirlər: "Bu bir reallıqdır ki, Qərbin Azərbaycanda 5-ci kolonu sıradan çıxıb və onlar yeni simalar axtarışındadır, müxtəlif vasitələrlə ara qarışdırmaq üçün fürsətlər axtarırlar. İstəklərinə nail olmaq üçün hətta Ermənistanı silahlandıraraq müharibəyə hazırlamaqdan belə çəkinmirlər. Ölkəmiz əleyhinə yönələn kampaniyalar, ABŞ-nin və bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı həyata keçirdiyi dezinformasiya siyasəti göstərir ki, xüsusilə COP29 ərəfəsində ölkəmizin artan nüfuzunu həzm etməyən dairələr aranı qarışdırmaq üçün yeni üsullar axtarırlar". çıxardı".
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılış tədbirində bu tarixi məqamla bağlı vurğuladığı - "Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi" - fikirləri xatırladan Arzu Abdullayev Azərbaycana qarşı növbəti ədalətsizlik olan "Cekson-Venik düzəlişi" barədə danışıb. O qeyd edib ki, Azərbaycanın bu düzəlişlə, ümumiyyətlə, əlaqəsi olmayıb. Bu, sovetlər dönəmində yəhudilərlə bağlı kampaniyaya qarşı çıxan ABŞ Konqresinin SSRİ-yə tətbiq etdiyi qərardır. Mərhələ-mərhələ bəzi ölkələr bu düzəlişdən azad edilsə də, məqsədli şəkildə Azərbaycan saxlanıldı. Buradan haqlı olaraq belə bir sual yaranır, nəyə görə 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan, vandalizm və terror hərəkətlərindən əl çəkməyən Ermənistan, daha sonra Gürcüstan, Ukrayna və sair dövlətlər azad edilir, ancaq Cənubi Qafqazda sülhü və sabitliyi təmin etməyə çalışan, bölgədə davamlı inkişafı hədəfləyən Azərbaycana şamil edilmir? Bizim üçün məsələ aydındır. "Digər tərəfdən, "Minilliyin çağırışları" adlı bir proqramı götürək. Azərbaycan bu proqramdan kənarda qaldı, amma Ermənistan bu proqrama daxil edildi. Ermənistan bununla bağlı milyonlarla yardım aldı", - deyən Arzu Abdullayev vurğulayır ki, ötən il ABŞ Senatının qəbul etdiyi və Azərbaycana hərbi yardımları qadağan edən "2023-cü il Ermənistan Müdafiə Aktı", əslində, "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin dayandırılmasından imtinanı və Azərbaycana hərbi yardımı qadağan etməyi nəzərdə tuturdu. Bu, növbəti məkrli qərar və Azərbaycana qarşı ayrı-seçkiliyin bariz nümunəsi idi. Amma bunlara baxmayaraq, bütün dövrlərdə Azərbaycan terrorizmə qarşı mübarizə, enerji sahəsində geniş əməkdaşlıq, siyasi islahatların aparılması, narkotiklərə qarşı mübarizə, eyni zamanda NATO çərçivəsində dünyanın müxtəlif bölgələrində - Kosovo, İraq, Əfqanıstanda sülhyaratma əməliyyatlarına xüsusi töhfə verdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini Arzu Abdullayev qeyd edib ki, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasını özü üçün indi əsas vəzifə hesab edən ABŞ Ermənistandan sonra Azərbaycanı da özünə tabe etmək xülyasına düşüb: "Ona görə də bütün imkanları ilə ölkəmizə təzyiq göstərməyə çalışır. Münaqişə tərəflərindən biri olan Ermənistana təhlükəsizlik, ordusunun möhkəmləndirilməsinə yardım vədləri verən ABŞ digər tərəfdən Azərbaycanı növbəti sanksiyalarla hədələməyə çalışır. Bu fakt isə ABŞ-nin hansı niyyətə xidmət etdiyini bir daha üzə çıxardır. Əgər ABŞ həqiqətən də sülh danışıqlarında irəliləyiş istəyirsə, onda Azərbaycana yox, Ermənistana təzyiq etməlidir. Çünki, regionda sülh təşəbbüsü ilə çıxış edən ölkə Ermənistan yox, Azərbaycandır. Deməli, Qərb öz məkrli maraqlarının hayındadır. Prezident İlham Əliyevin müstəqil siyasət yürütməsi və Azərbaycanın sürətli inkişafı ABŞ-nin yeni məkrli təxribatlarının əsas səbəbidir. ABŞ-ni, eləcə də Qərbi Avropanın məlum dairələrini ciddi şəkildə narahat edən, böyük narazılıq yaradan bu reallıq nəticədə Azərbaycana qarşı böhtan kampaniyasının genişlənməsinə səbəb olur. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, Azərbaycana heç kim təsir edə bilməz və dövlətimiz tutduğu haqq yolundan dönən deyil. Ermənistan da anlamalıdır ki, Qərbin məqsədi birmənalı olaraq erməni xalqının firavanlığı üçün deyil, öz məqsədləri naminə Cənubi Qafqazda möhkəmlənmək və mənfur siyasətlərini həyata keçirməkdir".
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"