• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan icması Niderland Parlamentinin üzvləri ilə görüşüb

9-10-2024, 18:30 | Baxılıb: 237
“Azərbaycan icması Niderland Parlamentinin üzvləri ilə görüşüb

Azərbaycan icması Niderland Parlamentinin üzvləri ilə görüşüb
Xəbər verdiyimiz kimi Niderland hökumətinin səlahiyyət müddəti üçün planlarını əks etdirən proqramın “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad olunması “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi göstərilib. Həmin ölkədəki soydaşlarımız bunu ciddi narazılıqla qarşılayıb və Azərbaycan diaspor təşkilatları bəyanatlar verib. “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Niderland parlamentinə görüş üçün müraciət ünvanlayıb, petisiya hazırlayıb.
Azərbaycan icması Niderland Parlamentinin üzvləri ilə görüşüb
Azərbaycan icması Niderland Parlamentinin üzvləri ilə görüşüb
Müraciət müsbət cavablandırılıb və Niderland Parlamentinin Xarici Ölkələrlə İş üzrə komissiyasının üzvləri Azərbaycan icması ilə görüşüb. Görüşdə Parlamentin müxtəlif partiyalardan olan üzvləri Raymond de Roon (PVV), Isa Kahraman (NSC), Doğukan Ergin (DENK) və komissiya sədri Jesse Klaver (GroenLinks-PvdA) iştirak edib.
Görüşdə Niderland dövlətinin, parlamentinin, mediasının Qarabağ münaqişəsi, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və Azərbaycan xalqına aid abidələrin dağıdılması ilə bağlı daha obyektiv mövqe tutmalı olduğu ifadə edilib. Ermənilərin öz qeyri-qanuni tikililərini dünya ictimaiyyətinə erməni mədəniyyətinin məhvi kimi təqdim etməsinə etiraz bildirilib. Həqiqətlərlə yerində tanışlıq üçün Parlament üzvləri Azərbaycana dəvət olunub.
Petisiyada Azərbaycan icmasının ermənilərlə və ümumilikdə Azərbaycan xalqının qonşu dövlətlərlə sülh şəraitində yaşamaq istədiyi, heç bir münaqişə arzusunda olmadığı vurğulanıb. Parlament üzvlərinin diqqətinə çatdırılıb ki, Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən Azərbaycanın tarixi mədəni irsinə qarşı törədilən dağıntılara, vandalizmə və saxtalaşdırmalara dünya ictimaiyyəti biganə yanaşıb. Eyni zamanda, Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş, girov götürülmüş 4.000-ə qədər soydaşımızın taleyinin hələ də qaranlıq olduğu, aidiyyəti beynəlxalq təşkilatların buna ciddi reaksiya vermədiyi qeyd edilib.
Niderlandda yaşayan 15 minlik Azərbaycan icması adından parlament üzvlərindən petisiyada göstərilən bütün məsələlərin komissiyanın və parlamentin iclaslarında baxılması xahiş olunub.
Görüşün sonunda qeyri-rəsmi müzakirələr və danışıqlar davam edib. DENK Partiyasının nümayəndəsi Doğukan Ergin hər zaman Azərbaycan xalqının yanında olduqlarını və Azərbaycan əsilli Niderland vətəndaşlarını dəstəklədiklərini bildirib.
Parlamentin rəsmi internet səhifəsində həmin müraciətin qeydə alınması və görüş ilə bağlı məlumat yayımlanıb:
https://www.tweedekamer.nl/debat_en_vergadering/commissievergaderingen/details?id=2024A06861
скачать dle 10.6фильмы бесплатно


237

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.