• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

AZƏRTAC-ın İdarə Heyətinin sədri: “Kəmər və yol” ölkələrinin media qurumlarının COP29-u işıqlandırmaq üçün sıx əməkdaşlığı vacibdir

14-10-2024, 19:00 | Baxılıb: 226
“AZƏRTAC-ın İdarə Heyətinin sədri: “Kəmər və yol” ölkələrinin media qurumlarının COP29-u işıqlandırmaq üçün sıx əməkdaşlığı vacibdir

Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhərində 6-cı Dünya Media Sammiti keçirilir.
Diaspor.info AZƏRTAC-a istinadən xəbər verir ki, “Sinxua” agentliyinin ev sahibliyi ilə keçirilən tədbirə təxminən 100 ölkənin 208 media qurumundan, müvafiq dövlət orqanından 500-dən çox nümayəndə, o cümlədən beyin mərkəzlərinin rəhbərləri, tanınmış ekspertlər, BMT də daxil olmaqla beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Azərbaycanı tədbirdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

“Süni intellekt və medianın transformasiyası” devizi altında keçirilən Sammitin açılış mərasimində çıxış edən Sincan Uyğur Muxtar Rayonu partiya komitəsinin sədri Ma Sinruy, “Sinxua” agentliyinin prezidenti Fu Hua, Sincan Uyğur Muxtar Rayonu hökumətinin rəhbəri Erkin Tuniyaz, xarici media qurumlarının rəhbərləri hazırda süni intellekt də daxil olmaqla qabaqcıl texnologiyaların xəbərlərin toplanması, istehsalı və yayılmasını əhatə edən media sənayesinin müxtəlif sahələrinə təsir etdiyini bildiriblər, süni intellekt texnologiyasının yaratdığı problemlərin həlli və media sənayesini gücləndirmək üçün qabaqcıl innovasiyalardan istifadənin qlobal media qurumları üçün əsas problemə çevrildiyini vurğulayıblar.

Qeyd olunub ki, dünya siyasi, iqtisadi, sosial, texnoloji, ekoloji sahələrdə həm müsbət, həm də mənfi istiqamətdə əhəmiyyətli dəyişikliklərlə üzləşir. Bu dəyişikliklər mediaya təsirsiz ötüşmür. Ona görə də media qurumları, jurnalistlər çağırışlara cavab vermək, yeniliklərə uyğunlaşmaq üçün yeni yollar axtarmalı, yeni yanaşmalar, üsullar tətbiq etməlidir.Sammitin plenar iclasında çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev dünyada baş verən dəyişikliklər fonunda medianın qarşılaşdığı çətinliklərin, çağırışların müxtəlif ölkələrdən olan ekspertlərin, səlahiyyətli şəxslərin birgə müzakirə aparması üçün Dünya Media Sammitinin əlverişli platforma olduğunu bildirib. V.Əliyev iqlim dəyişmələri və onunla mübarizədən, ictimaiyyətin bu sahədə məlumatlandırılmasında medianın oynadığı roldan söz açıb.

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məlumat verən AZƏRTAC-ın İdarə Heyətinin sədri bildirib ki, ətraf mühitin mühafizəsi sahəsində dünyada ən böyük tədbiri işıqlandırmaq üçün 1000-dən çox jurnalist qeydiyyatdan keçib. V.Əliyev qədim tarixin, ortaq mədəni dəyərlərin, iqtisadi əməkdaşlığın birləşdirdiyi “Kəmər və yol” ölkələrinin media qurumlarının iqlim dəyişmələri ilə mübarizə məsələlərinin müzakirə edildiyi və qərarların qəbul olunduğu COP29 kimi qlobal əhəmiyyətli tədbiri işıqlandırmaq üçün sıx əməkdaşlığının vacibliyini vurğulayıb. O, dezinformasiyaların qarşısını almaq üçün jurnalistlərin iqlim prosesləri barədə məlumatlılığının artırılmasının əhəmiyyətindən söz açıb.

Qeyd edək ki, Dünya Media Sammiti 2009-cu ildə “Sinxua”, “Associated Press”, “Reuters”, “Kyoda” və TASS İnformasiya Agentliyi daxil olmaqla aparıcı media qurumlarının birgə təşkilatçılığı ilə təsis edilib və elə ilk sammit də Çində, Pekində keçirilib. Ardınca Moskva və Dohada sammitlər təşkil olunub. Pandemiyanın səngiməsindən sonra digər beynəlxalq tədbirlər kimi Dünya Media Sammitinin işi də bərpa olunub. Ötən il Çinin Quancou şəhərində 5-ci Sammit keçirilib.скачать dle 10.6фильмы бесплатно


226

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.