Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edib.
Diaspor.info xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin inkişaf edəcəyinə ümidvar olduğunu bildirirək, səfirə fəaliyyətində uğurlar arzuladı.
Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf hissi duyduğunu deyən Julyen de Frepon fəaliyyəti dövründə ikitərəfli münasibətlərin müxtəlif, o cümlədən iqtisadi və siyasi sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini dedi.
Azərbaycanda COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir bu tədbiri iqlim dəyişmələri ilə bağlı qlobal çağırış kimi dəyərləndirdi.
O, eyni zamanda, Belçikanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirdi. Səfir COP29-un enerji keçidi və iqlim dəyişmələri ilə bağlı fəaliyyət göstərən Belçika şirkətlərinin öz imkanlarını və “yaşıl enerji” sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək üçün də bir fürsət olacağını vurğuladı.
Regional sabitliyin Belçika üçün də böyük önəm daşıdığını deyən diplomat Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. O, Ermənistan-Azərbaycan münasibətlərilə də bağlı regional sabitlikdə Belçikanın maraqlı olduğunu dedi. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə son dövrlərdəki irəliləyişi qeyd edən səfir bu istiqamətdə atılan addımları Belçikanın təşviq etdiyini söylədi. O, eyni zamanda Azərbaycanın üzləşdiyi mina çağırışları məsələsində də Belçikanın ölkəmizə, həmçinin ANAMA-nın fəaliyyətinə göstərdiyi dəstəyini bundan sonra da davam etdirəcəyini vurğuladı.olmaz. Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirdi və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğuladı.müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Dövlətimizin başçısı bildirdi ki, biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq.
Belçika səfiri bu məlumatlara görə təşəkkürünü bildirdi, öz tərəfindən əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı.Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı geniş gündəliyə malikdir və enerji, nəqliyyat, yaşıl enerji, ticarət sahələrini əhatə edir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Beləliklə, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycan-Aİ əməkdaşlığında geriləmə olarsa, bu, təəssüf hissi doğurar. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər Ermənistan-Azərbaycan gündəliyindən asılı olmayaraq inkişaf edəcək.