• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident İlham Əliyev Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

14-10-2024, 22:30 | Baxılıb: 226
“Prezident İlham Əliyev Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirinin etimadnaməsini qəbul edib.
Diaspor.info xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edərək ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq aparıldığını, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda Azərbaycan ilə Qətərin bir-birini daim dəstəkləməsini vurğuladı və qeyd etdi ki, bu qarşılıqlı dəstək özünü ikitərəfli gündəliyin işində də aydın göstərir.

Növbəti illərdə artıq iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələlərinə diqqətin artırılmasının zəruriliyini bildirən Prezident İlham Əliyev investisiya qoyuluşu sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.

Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq nəqliyyat yollarının yaradılması sahəsində də fəal iş apardıqlarını məmnunluqla vurğulayaraq, eyni zamanda, beynəlxalq səviyyədə sülhün və təhlükəsizliyin təmin edilməsi işində Azərbaycanın və Qətərin səmərəli əməkdaşlıq həyata keçirdiklərini qeyd etdi.

Vətəndaşlarımızın ölkələrimizə qarşılıqlı səfərlərinə toxunan dövlətimizin başçısı vurğuladı ki, azərbaycanlılar Qətərdə, qətərlilər isə Azərbaycanda özlərini evlərindəki kimi hiss edirlər.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzuladı, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətərin Əmirinə çatdırmağı xahiş etdi.Səfir vurğuladı ki, Azərbaycan Prezidentinin ikitərəfli münasibətlərimizin gündəliyi ilə bağlı dediyi dəyərli fikirlər istiqamətində əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək. O, iqtisadi-ticari əlaqələrin önəminə toxunaraq, investisiya sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd etdi.

Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, Qətərin bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirdi.

Dövlətimizin başçısı COP29-la bağlı hazırlıq işlərinin yekun mərhələdə olduğunu qeyd etdi.

Görüşdə qarşılıqlı sərmayələr, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, ölkələrimiz arasında hava nəqliyyatının mövcudluğundan və sərnişinlərin mütəmadi artım dinamikasının müşahidə olunmasından məmnunluq ifadə edildi.скачать dle 10.6фильмы бесплатно


226

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.