• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Hikmət Hacıyev “Newsweek”də yazır: Azərbaycan bütün dünyanı “COP atəşkəsi”nə dəvət edir

17-10-2024, 11:00 | Baxılıb: 335
“Hikmət Hacıyev “Newsweek”də yazır: Azərbaycan bütün dünyanı “COP atəşkəsi”nə dəvət edir

Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-nin “Newsweek” nəşrində dərc olunmuş məqaləsində COP29 öncəsi Azərbaycanın iqlim böhranı ilə yanaşı, regional sülhə nail olmaq istiqamətindəki səyləri və Ermənistanla ikitərəfli razılaşmaların əhəmiyyətinə diqqət çəkib.
Diaspor.info xəbər verir ki, Prezidentin köməkçisinin yeni məqaləsi, Azərbaycanın COP29 sammiti öncəsi beynəlxalq ictimaiyyətə mühüm çağırışlarla çıxışını əhatə edir.

Hikmət Hacıyev bu sammitin təkcə iqlim məsələləri ilə məhdudlaşmadığını, eyni zamanda sülh və təhlükəsizlik məsələlərinin də bu toplantıda əhəmiyyətli rol oynadığını vurğulayıb.

O, yazısında Azərbaycanın “COP atəşkəsi” təklifi ilə çıxış etdiyini qeyd edib. Bu təklif, qədim atəşkəs ənənəsinə – Olimpiya atəşkəsinə istinad edərək, iqlim böhranının həlli üçün aparılan danışıqlar zamanı silahlı münaqişələrin dayandırılmasına çağırıb. Hikmət Hacıyev bu ideyanın bəziləri tərəfindən çətin görülə biləcəyini qəbul etsə də, Azərbaycanın BMT çərçivəsində belə bir təşəbbüslə çıxış etməsinin önəmini vurğulayıb.

Prezidentin köməkçisi Ermənistanla ikitərəfli sülh danışıqlarının COP29-a ev sahibliyi hüququnun əldə edilməsində əsas rol oynadığına diqqət çəkib. Ermənistanla Azərbaycan arasında tarixi razılaşmaların əldə olunması, o cümlədən əsirlərin mübadiləsi və sərhəd delimitasiyası komissiyalarının fəaliyyətini qeyd edən Hacıyev bu prosesin sülhə doğru irəliləməsi üçün vacib addım olduğunu bildirib.
Ancaq o, Ermənistan Konstitusiyasında olan Qarabağ iddiasının və Qərb dövlətlərinin Ermənistanı silahlandırmasının bu sülh prosesinə mane olduğunu da qeyd edib. Məqalədə Azərbaycanın COP29 zamanı təkcə iqlim problemlərinə deyil, eyni zamanda regiondakı sabitliyin təmin olunmasına da diqqət yetirəcəyi nəql edilib.

Hikmət Hacıyev Azərbaycanın bu sammitdə qlobal iqlim razılaşmasının əldə olunmasına töhfə verməkdə qətiyyətli olduğunu bildirərək beynəlxalq ictimaiyyəti bu mühüm müzakirələr zamanı həmrəylik göstərməyə çağırıb.скачать dle 10.6фильмы бесплатно


335

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.