• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İsrail mətbuatı Niderland parlamentini riyakarlıqda ittiham edib

22-10-2024, 09:00 | Baxılıb: 316
“İsrail mətbuatı Niderland parlamentini riyakarlıqda ittiham edib

Niderland hakimiyyəti ölkə ərazisində yaşayan yəhudilərə qarşı mənfi münasibəti fonunda özündə cəsarət taparaq Azərbaycanın ermənilərlə rəftarı ilə bağlı qərəzli qətnamələr qəbul edir.
Diaspor.info xəbər verir ki, bu barədə tanınmış israilli siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ölkəsinin populyar “Economic Peace Center” (İqtisadi Sülh Mərkəzi) nəşrində dərc olunmuş “Niderlandın riyakarlığının əleyhinə olmaq” başlıqlı məqaləsində yazıb.

Azərbaycanın həmişə öz ərazisindəki bütün erməni ziyarətgahlarını, o cümlədən Bakıdakı erməni kilsəsini mühafizə etdiyinə diqqət çəkən müəllif Niderlandda yəhudilərin müqəddəs yerlərinin mühafizəsinin analoji diqqətdən məhrum olmasından şikayətlənib.

Qeyd olunub ki, bütün bunların baş verdiyi, o cümlədən Karib hövzəsi regionunda neokolonial siyasətin davam etdirildiyi bir vaxtda Niderland parlamenti Azərbaycanı qınayaraq bu ölkənin öz ərazi bütövlüyünün bərpasını yolverilməz sayır. Halbuki öz hökuməti tərəfindən digər ölkələrin suverenliyinin pozulmasını məqbul görür.

Məqalədə bu yaxınlarda Niderlandın yeni kabinetinin proqramında Boneyr, Sent-Eustatius və Sabada həyata keçirilməsi planlaşdırılan qanunvericilik və siyasət təşəbbüslərinin həmin ərazilərdə rifahın yaxşılaşdırılması məqsədi daşıdığı iddiasına şübhə ilə yanaşılır.

Yazıda Bakı Təşəbbüs Qrupunun Niderland hökumətindən Karib adalarının azadlığına və öz müqəddəratını təyin etmək hüququna hörmətlə yanaşmağı, onların müstəqilliyinə mane olmamağı xahiş etdiyi barədə məlumat da əks olunub. Müəllifin fikrincə, Niderlandın Bakı Təşəbbüs Qrupunun tələbinə məhəl qoymamağı, eyni zamanda, Azərbaycanı qınamağı və öz ərazisindəki yəhudi icmasını müdafiə etməməyi adıçəkilən ölkənin hakimiyyətinin riyakarlığının göstəricisidir.

Sonda beynəlxalq ictimaiyyətin Niderlanddan Karib dənizindəki adaların müstəmləkəçiliyinə son qoymasını, Azərbaycanı təqib etməkdən çəkinməsini, öz sərhədləri daxilində yaşayan yəhudilərin qorumasını tələb etməyin vaxtının çatdığı vurğulanıb.

Məqaləni ətraflı şəkildə linkə keçid edərək oxumaq mümkündür.скачать dle 10.6фильмы бесплатно


316

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.