• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Səfir: BRICS ilə əməkdaşlığın möhkəmləndirilməsi Azərbaycanın fundamental milli maraqlarına uyğundur

22-10-2024, 20:00 | Baxılıb: 354
“Səfir: BRICS ilə əməkdaşlığın möhkəmləndirilməsi Azərbaycanın fundamental milli maraqlarına uyğundur

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev oktyabrın 22-də Kazanda başlayan BRICS sammiti ərəfəsində “Tatarstan-24” nəşrinə müsahibə verib.
Diaspor.info xəbər verir ki, diplomat BRICS ilə əməkdaşlığın gücləndirilməsinə marağın Azərbaycanın fundamental milli maraqlarına cavab verdiyini, həmçinin rəsmi Bakının ədalətli dünya nizamının formalaşması və bütün dövlətlər üçün bərabər inkişaf imkanlarının yaradılması istiqamətində apardığı ardıcıl kursa üzvi şəkildə uyğun olduğunu vurğulayıb.

Səfir qeyd edib: “Bir tərəfdən, Azərbaycan BMT-nin nüfuzunun, beynəlxalq münasibətlərdə mərkəzi əlaqələndirici rol oynamalı olan universal təşkilat kimi rolunun və effektivliyinin artırılmasının tərəfdarıdır, digər tərəfdən isə çoxqütblü dünya ideologiyasını, ikili standartlardan azad və ayırıcı xətlərin yaradılmasını istisna edən dünya nizamının formalaşmasını dəstəkləyir”.

Diplomatın sözlərinə görə, Azərbaycanın siyasəti BRICS-in ideologiyasına, habelə çoxqütblülük prinsiplərinin dəstəklənməsi, inkişaf etməkdə olan ölkələrin dünya siyasətində və iqtisadiyyatında rolunun artırılması praktikasına ahəngdar şəkildə uyğun gəlir.

R. Mustafayev əlavə edib: “Bakının BRICS ilə əməkdaşlığın intensivləşməsində maraqlı olması onun dünya siyasətinə və beynəlxalq münasibətlər məsələlərinə balanslaşdırılmış yanaşma strategiyasının məntiqi davamıdır. Bu, xüsusilə beynəlxalq münasibətlərin indiki mərhələsində, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı qeyd etdiyi kimi, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasının demək olar ki, tamamilə məhv edildiyi bir vaxtda daha aktualdır”.Səfir vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər müttəfiqlik qarşılıqlı fəaliyyət prinsipləri əsasında qurulub və yüksəksəviyyəli səfərlər və danışıqlar, hökumət və parlament səviyyələrində dialoq, ikitərəfli əməkdaşlığın ən geniş spektri üzrə fəal qarşılıqlı fəaliyyət ilə səciyyələnir. R.Mustafayev Azərbaycanın Rusiya Federasiyasının subyektləri, o cümlədən Tatarıstan ilə çoxşaxəli əməkdaşlığını xüsusi qeyd edib.скачать dle 10.6фильмы бесплатно


354

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.