• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ASAN: “COP29 Xüsusi Viza”sını həm elektron, həm də xaricdəki diplomatik nümayəndəliklərdən almaq olar

31-10-2024, 22:00 | Baxılıb: 540
“ASAN: “COP29 Xüsusi Viza”sını həm elektron, həm də xaricdəki diplomatik nümayəndəliklərdən almaq olar

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqəli ölkəmizə səfər edəcək çoxsaylı rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin edilməsi üçün xüsusi giriş vizalarının rəsmiləşdirilməsi davam edir.
Diaspor.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) ASAN viza departamentinin müdiri İsmayıl Rəsulzadə Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu “ASAN Viza” sistemi üzərindən fəaliyyət göstərən portalın hazırlanması ilə bağlı işlərə bu ilin yanvar ayından start verilib.

“Ötən dövr ərzində COP29 Azərbaycan Əməliyyat Şirkəti, Xarici İşlər Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının müvafiq təsisatı - BMTİDÇK (UNFCCC) ilə qarşılıqlı inteqrasiya təmin edilir. “COP29 Xüsusi Viza”sı Azərbaycana xarici ölkələrdən səfər edən COP29 iştirakçıları üçün tələb olunur. “COP29 Xüsusi Viza”sını həm rəsmi elektron viza portalı, həm də Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək mümkündür. “COP29 Xüsusi Viza”sına müraciət qeydiyyatdan keçmiş iştirakçılara BMTİDÇK tərəfindən qeydiyyatın təsdiqi üzrə göndərilən elektron məktubda olan link vasitəsilə “www.evisa.gov.az/cop29”, rəsmi elektron viza portalı üzərindən, onlayn, tamamlanmış viza müraciəti təqdim edildikdən sonra, 3 iş günü ərzində rəsmiləşdirilməsi nəzərdə tutulur”, - deyə İ.Rəsulzadə bildirib.Departament müdiri əlavə edib ki, dünyanın 200-ə yaxın ölkəsindən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portalın ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyəti təmin edilib: “Həmçinin portalda elektron vizaya müraciət etmə prosedurunun izahlı videosu yerləşdirilib”.скачать dle 10.6фильмы бесплатно


540

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.