• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatının rəhbəri ENNHRI-nin seminarında Ermənistanın müharibə cinayətləri barədə məlumat verib

31-10-2024, 19:30 | Baxılıb: 498
“Ombudsman Aparatının rəhbəri ENNHRI-nin seminarında Ermənistanın müharibə cinayətləri barədə məlumat verib

Ombudsman Aparatının rəhbəri ENNHRI-nin seminarında Ermənistanın müharibə cinayətləri barədə məlumat verib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Brüsseldə Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRI) Baş Assambleyasında və “Silahlı münaqişələr vəziyyətində fəaliyyət göstərən Milli İnsan Hüquqları İnstitutlarının rolu və funksiyaları” mövzusunda keçirilmiş seminarda iştirak edib.
Aparat rəhbəri seminarda çıxışı zamanı Ombudsmanın beynəlxalq humanitar hüquq normalarının implementasiyası istiqamətində gördüyü işlər, münaqişə dövründə beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq həyata keçirdiyi fəaliyyəti barədə geniş məlumat verib.
A.Səfixanlı Azərbaycan ərazilərinin otuzillik işğalı dövründə Ermənistan tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu qeyd edib. O, Ermənistanın mina terrorundan danışaraq torpaqlarımızda basdırılmış minaların mülki şəxslərin həyat və sağlamlığına, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına ciddi maneə yaratdığını bildirib. Eyni zamanda, Birinci Qarabağ müharibəsindən indiyədək 4 minə yaxın azərbaycanlının itkin düşdüyü, onların taleyi barədə bu günədək ölkəmizə hər hansı məlumatın təqdim olunmadığı qeyd edilib.
Aparat rəhbəri İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə Ermənistanın mülki əhalinin hədəfə aldığı bölgələrimizdə, eləcə də işğal dövründə dağıdılmış ərazilərimizdə Ombudsman tərəfindən həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticələrinə əsaslanan hesabatların, bəyanatların və müraciətlərin hazırlandığını, beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına təqdim olunduğunu diqqətə çatdırıb.
Aydın Səfixanlı, həmçinin ENNHRI-nin Baş Assambleyasında çıxış edərək, Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, əldə olunan müsbət təcrübələr, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


498

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.