• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ABŞ mətbuatı İsveçrə parlamentini qərəzlilikdə ittiham etdi

4-11-2024, 14:00 | Baxılıb: 439
“ABŞ mətbuatı İsveçrə parlamentini qərəzlilikdə ittiham etdi

ABŞ mətbuatı İsveçrə parlamentini qərəzlilikdə ittiham etdi
İsveçrə parlamentinin keçirməyi planlaşdırdığı sülh forumu birtərəflidir. Orada etnik mənsubiyyətinə görə evlərindən qovulan və qaçqın həyatı yaşamağa məcbur olan bir milyona yaxın azərbaycanlının acınacaqlı vəziyyəti, habelə otuz illik erməni işğalı zamanı dağıdılan, xarabalığa çevrilən Azərbaycan məscidləri və digər mədəni irs obyektləri müzakirə edilmir. Forumda yalnız erməni mədəni irsinə dəymiş ziyandan və erməni köçkünlərinin vəziyyətindən bəhs edilir.
Bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-nin Nyu York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “İsveçrənin planlaşdırdığı Qarabağ sülh forumu ikitərəfli olmalıdır” sərlövhəli məqaləsində yazıb.
Yazıda İkinci Qarabağ Müharibəsində və sonrakı hərbi əməliyyatlarda köçən ermənilərin acınacaqlı vəziyyətini müzakirə olunacağı Qarabağ üzrə Sülh Forumuna İsveçrənin ev sahibliyi etmək istəyinə münasibət bildirilib. Qeyd olunub ki, İsveçrə Federal Assambleyasının (parlamentinin) Xarici Əlaqələr Komitəsi Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında açıq dialoqa başlamaq üçün bir ildən sonra sülh forumunun keçirilməsi barədə qətnamə qəbul edib.
Diqqətə çatdırılıb ki, belə bir vəziyyət sözügedən forumu birtərəfli edir və İsveçrənin neytral xarici siyasətinə ləkə salır. Əgər isveçrəlilər həqiqətən qərəzsiz vasitəçi olmaq istəyirlərsə, hər iki tərəfdən köçkünlərin və mədəni irs obyektlərinin vəziyyətini müzakirə etməlidirlər. Əks halda, onları qərəzsiz vasitəçi hesab etmək olmaz.
Qeyd olunub ki, məhz buna görə İsveçrə parlamenti Birinci Qarabağ müharibəsi zamanı öz yurd-yuvasından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının acınacaqlı vəziyyətinə və otuz illik işğal zamanı ermənilərin törətdiyi dağıntılara siyasi və hüquqi qiymət verməli, Azərbaycanın o vaxtdan indiyədək gördüyü işləri yalnız bu kontekstdə müzakirə etməlidir.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://foreignpolicyblogs.com/2024/10/29/swiss-peace-forum-on-karabakh-must-be-two-sided/ скачать dle 10.6фильмы бесплатно


439

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.