• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Manisada Zəfər Günü münasibətilə tədbir keçirilib

10-11-2024, 14:30 | Baxılıb: 442
“Manisada Zəfər Günü münasibətilə tədbir keçirilib

Manisada Zəfər Günü münasibətilə tədbir keçirilib

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Salam Türkün bayrağına” adlı tədbir təşkil olunub.
Tədbir Manisada yerləşən Yunus Əmrə Mədəniyyət Parkındakı “İrfan Məclisi”ndə təşkil edilib. Türkiyə və Azərbaycanın şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, iki ölkənin dövlət himnləri səsləndirilib.
Tədbiri açıq elan edən Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak etdiyinə və dəstəyini əsirgəmədiyinə görə Yunus Əmrə Bələdiyyəsinin sədri Semih Balabana, Manisa Büyükşəhər Bələdiyyəsinin Baş katibi Burak Dəstəyə və Manisanın digər bələdiyyələrinə, yerli icra strukturlarına, ictimai təsisatlarına, siyasi partiyalarına və media nümayəndələrinə minnətdarlığını bildirib.
Tədbirə dəvət olunan Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Türk Dünyası İctimai, iqtisadi və siyasi əlaqələr kafedrasının müdiri, professor Vəfa Kurban Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasəti, etnik təmizləmə, separatçılıq və terror siyasəti barədə məruzə ilə çıxış edib. Hazırladığı təqdimatda törədilən cinayətləri faktlarla nümayiş etdirən məruzəçi qlobal arenada nümayiş olunan ikili standartlardan və onun ağır nəticələrindən danışıb. Qarabağın işğal planı, buna qədərki proseslərin xronologiyası təqdim olunan məruzədə dəfələrlə azərbaycanlılara qarşı törədilmiş soyqırımların işğaldan azad olunan həmin ərazilərdə kütləvi məzarlıqların tapılması ilə sübuta yetirildiyi vurğulanıb.
Zəfər Günü barəsində danışan alim Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi nəticəsində ölkəmizin İkinci Qarabağ müharibəsindəki qələbəsinin təmin olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyəti, yüksək peşəkarlıq nümayiş etdirən hərbçilərimizin qəhrəmanlığı ilə Vətən müharibəsi xalqımızın Böyük Zəfəri ilə başa çatıb.
Daha sonra tədbir bədii hissə ilə davam edib.

скачать dle 10.6фильмы бесплатно

442

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.