• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Hikmət Hacıyev: Gələn ay Azərbaycan və Ermənistan sülh sazişinin mətninin müzakirəsinə davam edəcəklər

14-11-2024, 09:00 | Baxılıb: 291
“Hikmət Hacıyev: Gələn ay Azərbaycan və Ermənistan sülh sazişinin mətninin müzakirəsinə davam edəcəklər

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Kazanda keçirilən BRICS sammitində görüşü danışıqların davam etdirilməsi üçün müsbət impulslar yaradıb.
Diaspor.info xəbər verir ki, bu barədə TASS-a Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məlumat verib.

O, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bildirib: “Cənab Prezident ilə Ermənistanın baş naziri arasında Kazanda çox səmərəli görüş oldu. Bizim niyyətimiz bu impulslar əsasında danışıqları davam etdirməkdir”. Prezidentin köməkçisi onu da qeyd edib ki, Azərbaycan və Ermənistan gələn ay sülh sazişinin mətninin müzakirəsinə davam edəcəklər.

“Hazırda Azərbaycanın gündəmindəki əsas mövzu noyabrın sonuna qədər COP29 konfransıdır. Yəqin ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”, - deyə Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisinin sözlərinə görə, sənədin mətni ilə bağlı müəyyən suallar var. “Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Çünki erməni tərəfi sülh sazişinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi. Beləliklə, biz bu kontekstdə prosesin gecikdiyini hiss edirik. Şübhəsiz ki, dekabr ayından etibarən yeni proses olacaq”.скачать dle 10.6фильмы бесплатно


291

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.