• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

COP29 qlobal həmrəylik məkanı kimi dünyanın xilasına çalışır

17-11-2024, 14:00 | Baxılıb: 433
“COP29 qlobal həmrəylik məkanı kimi dünyanın xilasına çalışır

Hazırda ölkəmizin evsahibliyi etdiyi COP29 konfransı çərçivəsində keçirilən çoxsaylı müsakirələrdə bir sıra məsələlərlə yanaşı, gənc nəsli dünya ictimaiyyətini narahat edən qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi və onun təsirləri barədə maarifləndirmək, onları bu problemin həllində fəal iştiraka və sağlam gələcək naminə innovativ ideyalar irəli sürməyə təşviq etmək əsas hədəflərdən biridir.
Sirr deyil ki, gənclər arasında ekoloji maariflənmə işinin gücləndirilməsində təhsil işçilərinin rolu əvəzsizdir.

Mövzu ilə bağlı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizami rayon Komitəsinin sədri Subut Əsədova müraciət etdik. O qeyd etdi ki, COP29 mükəmməl platformadır. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin xarici siyasətinin tarixi uğurudur. Ciddi bəşəri problemlərin Bakıda müzakirə olunması və həlli yollarının araşdırılması ölkəmizin qüdrətindən xəbər verir. Bununla yanaşı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası qlobal ekoloji böhranla mübarizə ilə yanaşı, həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımdan da mükəmməl platformadır.

Şübhəsiz ki, COP29 iqlim savaşının qlobal həmrəylik məkanı kimi dünyanın xilasına çalışır. Məhz bu baxımdan da ekoloji təhsil və maarifləndirilmə işi geniş vüsət almalıdır. Ölkəmizdə bu proses Leyla xanım Əliyevanın rəhbərliyi altında IDEA-nın təşkilatçılığı ilə yüksək səviyyədə həyata keçirilir. Həmçinin, ekoloji təhsil və maarifləndirilmə ölkəmizin ekoloji siyasətinin əsas prinsiplərindən biridir.
Subut Əsədov daha sonra qeyd edib ki, ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təşviqi, həmçinin, yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması istiqamətində fəal işlərin aparılmasına ciddi səylər göstərilməlidir.COP29 konfransının Azərbaycanda keçirilməsi iqlim dəyişmələri ilə mübarizəni daha da genişləndirəcək, cəmiyyətimizə müsbət yeniliklər gətirəcək. Cəmiyyət sözügedən sahədə maariflənməklə ekoloji mövzulara həssaslıqla yanaşacaq.
Məktəblərdə də ekoloji maarifləndirmə elə aparılmalıdır ki, uşaqlar təbiətin bir parçası olmalarını, onu qorumağın mühüm vəzifəyə çevrildiyini dərk etsinlər. Ekologiyanı qorumaq təkcə flora və faunanı qorumaq demək deyil, həm də insanları qorumaqdır. Çünki təbiətdə baş verən hər bir proses bütün canlılara, o cümlədən insanlara da təsir edir. İnsan təbiətdən qidalanır, nəfəs alır, yaşayır.

Bir sözlə, insanlar “yaşıl” dünya naminə birləşməli, ekologiyaya, iqlimə təhdid yaradan problemlərlə birlikdə mübarizə aparmalıdırlar. Yeni baxış, yeni yanaşmalar formalaşdırılmalıdır. Hazırda bunun üçün sivil yanaşmalar var, ölkə rəhbərliyi səviyyəsində bu sahədə ciddi işlər görülür, Prezident İlham Əliyev müasir çağırışlarla cəmiyyəti bu istiqamətdə səfərbər edir.скачать dle 10.6фильмы бесплатно


433

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.