• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Gələcəyin enerjisi: Azərbaycanın COP29-la sinxronlaşdırılmış yaşıl enerji inkişafı

17-11-2024, 21:00 | Baxılıb: 645
“Gələcəyin enerjisi: Azərbaycanın COP29-la sinxronlaşdırılmış yaşıl enerji inkişafı

Gələcəyin enerjisi: Azərbaycanın COP29-la sinxronlaşdırılmış yaşıl enerji inkişafı"
Azərbaycanın "yaşıl enerji" strategiyası COP29-un enerji təşəbbüslərinə tam uyğun gəlir və bu beynəlxalq tədbir çərçivəsində Azərbaycanın qlobal enerji səylərində öncül mövqeyini daha da gücləndirir. COP29 çərçivəsində keçirilən Enerji Günü, bəşəriyyətin enerji keçidində yeni səhifə açdı və burada təqdim olunan üç əsas enerji təşəbbüsü Azərbaycanın milli enerji siyasəti ilə böyük bir uyğunluq göstərir. Həmin təşəbbüslərdən biri olan “COP29 qlobal enerji saxlama və şəbəkələr vədi”, bərpaolunan enerji mənbələrinin tətbiqinin genişləndirilməsi və enerji sistemlərinin dayanıqlılığının artırılmasına dair öhdəliklər irəli sürür. Digər təşəbbüs "COP29 yaşıl enerji zonaları və dəhlizləri vədi" qitələrarası əməkdaşlıq çərçivəsində yaşıl enerji dəhlizlərinin və zonalarının inkişafını dəstəkləyir. Bu təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq iqtisadi artımı sürətləndirmək, resurslardan daha səmərəli istifadə etmək və ekoloji problemlərin həllini asanlaşdırmaq məqsədini daşıyır. Azərbaycan bu baxımdan artıq işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonalarına çevirməklə beynəlxalq səviyyədə nümunəvi bir siyasət yürüdür. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji” potensialının inkişaf etdirilməsi Azərbaycanın həm ekoloji davamlılıq, həm də enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli addımlarından biridir. Üçüncü təşəbbüs olan “COP29 Hidrogen Bəyannaməsi” təmiz hidrogen istehsalının artırılması və karbon emissiyalarının minimuma endirilməsini prioritet kimi müəyyən edir. Azərbaycan isə artıq bu istiqamətdə işlərə başlayıb və hidrogen bazarının inkişafına dəstək olaraq dünya bazarlarında mövqeyini möhkəmləndirmək üçün müvafiq tədbirlər görür.
Azərbaycanın 2030-cu il üçün qəbul etdiyi “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioriteti, COP29-un enerji təşəbbüsləri ilə sıx şəkildə əlaqəlidir. Ətraf mühitin mühafizəsi, təbii resurslardan səmərəli istifadə və bərpaolunan enerji layihələrinin həyata keçirilməsi istiqamətində aparılan işlər bu milli prioritetlərin əsasını təşkil edir. Bu çərçivədə ölkənin bərpaolunan enerji potensialı həm quru, həm də dənizdə təxminən 290 giqavat həcmində qiymətləndirilir. Azərbaycanın enerji sektorunda artıq həyata keçirilmiş və planlaşdırılan layihələri, o cümlədən beynəlxalq əməkdaşlıq çərçivəsində icra olunan təşəbbüsləri, qlobal enerji keçidində əhəmiyyətli rol oynayır.
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilmiş “Qaradağ” Günəş-Elektrik Stansiyası və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən tikilməkdə olan külək enerjisi stansiyaları Azərbaycanın yaşıl enerji siyasətinin nümunələridir. Eyni zamanda, Cəbrayılda BP ilə əməkdaşlıq çərçivəsində tikilən günəş stansiyası da bu istiqamətdə beynəlxalq əməkdaşlığın nə qədər əhəmiyyətli olduğunu göstərir.
Azərbaycanın strateji enerji siyasəti həm daxili enerji ehtiyaclarını ödəməyə, həm də regional və qlobal enerji bazarlarında sabit enerji təchizatçısı kimi mövqeyini qorumağa yönəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl enerji siyasəti Azərbaycanı yalnız “yaşıl enerji” ixracatçısı kimi deyil, həm də regional enerji tranzit qovşağı kimi irəliləməyə davam etdirir.
COP29 çərçivəsində Azərbaycan nümayəndə heyətinin çıxışında vurğulanan “COP29-un enerji təşəbbüslərinə qoşulmaq və qlobal enerji keçidini sürətləndirmək” çağırışı, ölkəmizin bu prosesdə oynadığı aktiv rolu təsdiq edir. Azərbaycanın həyata keçirdiyi layihələr, o cümlədən enerji saxlama sistemlərinin inkişafı, şəbəkə infrastrukturunun yenilənməsi və hidrogen texnologiyalarının təşviqi kimi sahələrdə görülən işlər bu çağırışa cavab verən konkret addımlardır.
Energetika naziri Pərviz Şahbazovun COP29-da qeyd etdiyi kimi, Azərbaycan beynəlxalq iqlim və enerji səylərinin zirvəyə çatması üçün unikal imkanlar yaradır. Ölkəmizin “yaşıl enerji” dəhlizləri və zonalarının inkişafına yönəlmiş səyləri, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan bu təşəbbüsləri ilə dünyaya davamlı bir gələcək qurmaq istiqamətində qətiyyətli bir nümunə təqdim edir.
COP29-un təşəbbüsləri, Azərbaycanın dayanıqlı enerji keçidində mühüm rolu və qlobal enerji bazarlarında lider mövqeyə yüksəlməsi, ölkəmizin həm beynəlxalq səviyyədə hörmətini artırır, həm də iqtisadi potensialını gücləndirir. Azərbaycanın bu istiqamətdə apardığı ardıcıl və sistemli işlər qlobal enerji keçidinin sürətlənməsinə də mühüm töhfə verir.

Hüseyn İmanov
Naxçıvan Dövlət Universiteti, Meliorasiya və ekologiya mühəndisliyi kafedrasının müəllimiскачать dle 10.6фильмы бесплатно


645

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.