• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanın COP29-dakı liderliyi və ekoloji təmiz enerji istehsalı

19-11-2024, 16:30 | Baxılıb: 743
“Azərbaycanın COP29-dakı liderliyi və ekoloji təmiz enerji istehsalı

Azərbaycanın COP29-dakı liderliyi və ekoloji təmiz enerji istehsalı
Bəşəriyyətin qarşısında duran iqlim böhranı və enerji təhlükəsizliyi məsələləri beynəlxalq səviyyədə daha dərin diqqət tələb edir. Enerji sektorunda yaşanan dəyişikliklər, fosil yanacaqların ətraf mühitə təsirləri və Paris Sazişinin hədəflərinə çatmaq üçün beynəlxalq əməkdaşlıq daha da güclənməlidir. COP29, bu çağırışlara cavab olaraq, dünya liderlərini bir araya gətirərək ekoloji təmiz enerji mənbələrinin geniş tətbiqi üçün konkret planların hazırlanmasını prioritet elan etdi.
Konfransın gedişində vurğulandı ki, ekoloji təmiz enerji istehsalı iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm həll yollarından biridir. Bununla yanaşı, bərpa olunan enerji mənbələrinə keçid qlobal iqtisadi inkişaf, iş yerlərinin yaradılması və enerjiyə olan tələbatın daha davamlı şəkildə qarşılanması baxımından da əhəmiyyətlidir. COP29 bu problemlərə innovativ yanaşmalar təqdim edərək, dünya ölkələrini bu prosesdə daha fəal iştirak etməyə çağırdı.
COP29 çərçivəsində günəş enerjisi, külək enerjisi, hidroenerji, geotermal enerji və biokütlə kimi bərpa olunan enerji mənbələri xüsusi müzakirə olundu. Günəş enerjisi, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün əlçatan və dayanıqlı bir həll yolu kimi diqqət çəkdi. Günəş panellərinin dəyərinin azalması, texnologiyaların geniş yayılması və istehsal gücünün artırılması bu sahənin daha da populyarlaşmasına səbəb olur. COP29, günəş enerjisindən istifadə üçün dövlətlərarası əməkdaşlıq və texnologiya transferini təşviq etdi. Azərbaycanın xəzər dənizi kimi regionları külək enerjisi potensialı baxımından çox perspektivlidir külək enerjisi həm quru, həm də dəniz külək stansiyalarının inkişafı ilə ətraf mühitə minimal təsir göstərərək karbon emissiyalarını azaldır. əlavə olaraq geotermal enerji isə davamlı enerji təminatında mühüm rol oynayır. Bu mənbə, həm elektrik istehsalında, həm də istilik təchizatında effektiv həll yolu təklif edir. Biokütlə enerjisi, tullantıların yenidən istifadəsi və təkrar emal yolu ilə ekoloji problemlərin həllinə töhfə verir. COP29 bu mənbənin kənd təsərrüfatında və sənayedə tətbiqini təşviq edən xüsusi qərarlar qəbul etdi. Sonda isə hidroenerji, bərpa olunan enerji sistemlərinin ən sabit növlərindən biri olaraq COP29 çərçivəsində hidroelektrik stansiyaların ətraf mühitə təsiri, su ehtiyatlarının qorunması və davamlı inkişaf prinsipləri ilə uyğunlaşdırılması məsələləri geniş müzakirə edildi. Azərbaycanda yaşıl enerji sahəsindən danışarkən Naxçıvan Muxtar Respublikası haqqında qeyd etmək lazımdır. Naxçıvan Muxtar Respublikası Azərbaycanın bərpa olunan enerji potensialına mühüm töhfə verən bölgələrdən biridir. Günəş, külək, və hidro enerji resursları ilə zəngin olan bu region, "yaşıl enerji zonası" olaraq Azərbaycanın COP29 çərçivəsində təqdim etdiyi strateji hədəflərindən biri kimi çıxış edir. Xüsusilə, ildə 280 gün günəşli hava şəraiti günəş enerjisinin, dağlıq və düzənlik relyefi isə külək enerjisinin inkişafı üçün geniş imkanlar yaradır. COP29-un diqqət mərkəzində olan karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizə prinsipləri Naxçıvanda bərpa olunan enerji layihələrinin daha da genişləndirilməsi üçün güclü bir platforma yaradır. Bu yanaşma, həm qlobal enerji təhlükəsizliyinə, həm də Azərbaycanın davamlı inkişaf məqsədlərinə töhfə verir.


Bəs Azərbaycanın COP29-dakı yeri və məqsədləri nələridi? sualına baxdığımız zaman Azərbaycan, COP29-da iqlim dəyişikliyi və bərpa olunan enerji sahəsindəki səyləri ilə diqqət çəkdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyaları, ölkəmizin bu sahədə lider mövqeyini daha da gücləndirdi. Qarabağ və Şərqi Zəngəzurun "Yaşıl Enerji Zonası" elan edilməsi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki qətiyyətini göstərir. Bu bölgələrdə günəş və külək enerjisi stansiyalarının qurulması həm daxili enerji tələbatını ödəyəcək, həm də ölkəmizi enerji ixracatçısına çevirəcək. Azərbaycanın coğrafi mövqeyi, Xəzər dənizi sahilindəki külək enerjisi potensialı və günəş enerjisi üçün əlverişli iqlimi, bu sahədə böyük imkanlar yaradır. COP29 çərçivəsində ölkəmizin təqdim etdiyi layihələr, bu potensialdan maksimum istifadə etmək üçün qlobal tərəfdaşlıq təklifləri ilə geniş müzakirə olundu. Azərbaycanın bərpa olunan enerji sahəsində beynəlxalq maliyyə fondlarından istifadə etməsi, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün yaradılmış İqlim Fondundan yararlanması, yeni layihələrin həyata keçirilməsini sürətləndirəcək. Bu fond vasitəsilə bərpa olunan enerji texnologiyalarının tətbiqi və enerji sektorunda innovasiyaların təşviqi mümkün olacaq.
COP29 çərçivəsində davamlı inkişaf məqsədləri xüsusi vurğulandı. Xüsusilə 7-ci məqsəd "Hamı üçün əlçatan, etibarlı, dayanıqlı və müasir enerji" təmin etmək, konfransın əsas mövzularından biri oldu. Bu hədəfə çatmaq üçün dünya dövlətlərinin qarşısında üç əsas məsələ qoyuldu: bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, enerjiyə əlçatanlığın artırılması və texnologiya transferinin sürətləndirilməsi. Elə buna görədə, Azərbaycan milli strategiyasını COP29-da təqdim etdi. Xüsusilə "Smart City" və "Smart Village" layihələri dayanıqlı enerji istehsalını təşviq edərək həm iqtisadi, həm də ekoloji faydalar yaradır. Ekoloji təmiz enerji yalnız ətraf mühitin qorunmasına deyil, həm də sosial və iqtisadi inkişafın güclənməsinə töhfə verir. COP29-da qeyd edildi ki, bu sahədə həyata keçirilən layihələr yeni iş yerlərinin yaradılmasına və yerli iqtisadiyyatın inkişafına səbəb olur. Azərbaycanda "yaşıl enerji" layihələri kənd təsərrüfatının inkişafını, sənaye modernizasiyasını və enerji təhlükəsizliyini təmin edir.
Ekoloji təmiz enerji istehsalı, COP29 çərçivəsində dünyanın əsas hədəflərindən biri kimi müəyyən edildi. Konfransın qəbul etdiyi qərarlar, dünya ölkələrinə karbon emissiyalarını azaltmaq və Paris Sazişinə uyğun hədəflərə çatmaq üçün yeni imkanlar təqdim edir. Azərbaycan bu prosesdə həm öz liderliyini nümayiş etdirir, həm də davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığını genişləndirir. Bu yanaşma, qlobal istiləşmə ilə mübarizədə və illər uzunu dillər əzbəri olan “gələcək nəsillər üçün yaşana bilən dünya təmin etmək”də mühüm addımlardır. COP29 və onun nəticələri göstərir ki, ekoloji təmiz enerji yalnız alternativ deyil, həm də daha ədalətli, daha dayanıqlı və daha firavan bir dünyanın açarıdır.
Samir Həsənov
Naxçıvan Dövlət Universitetinin əməkdaşı
скачать dle 10.6фильмы бесплатно


743

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.