• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Səbinə Əliyeva İƏT-in Baş katibi Hissein İbrahim Taha ilə görüşüb

24-11-2024, 19:00 | Baxılıb: 466
“Ombudsman Səbinə Əliyeva İƏT-in Baş katibi Hissein İbrahim Taha ilə görüşüb

Ombudsman Səbinə Əliyeva İƏT-in Baş katibi Hissein İbrahim Taha ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein İbrahim Taha ilə görüş keçirib.
Görüş zamanı Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.
Fəaliyyətində beynəlxalq əməkdaşlığa mühüm önəm verdiyini bildirən Müvəkkil regional və beynəlxalq təşkilatlarla, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyası (İƏT OA) və Asiya Ombudsmanlar Assosiasiyası çərçivəsində üzv ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində addımlar atdığını qeyd edib. Səbinə Əliyeva insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində İƏT OA-ya üzv ölkələrin milli insan hüquqları təsisatları arasında birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdıran Ombudsman həmin dövr ərzində İƏT-in ölkəmizə dəstək verdiyini, Xocalı soyqırımını tanıdığını, işğal altında olan torpaqlarımızın azad edilməsi tələbi ilə bağlı qətnamələrin qəbul edildiyini məmnunluqla xatırladıb.
Ermənistanın ərazilərimizdə törətdiyi ekosid cinayətləri barədə də məlumat verən Müvəkkil ekologiyaya ciddi zərər vurulduğunu, torpaqlarımızın minalarla çirkəndirildiyini bildirib. Ombudsman basdırılmış minaların dəqiq xəritələrinin indiyədək ölkəmizə təqdim edilmədiyini, mina probleminin mülki şəxslərin həyat və sağlamlığına, keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıdışına və həyata keçirilən bərpa-quruculuq işlərinə ciddi maneə törətdiyini qeyd edib.
Bütün bunlar nəzərə alınmaqla, mövcud problemin aradan qaldırılması üzrə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr tərəfindən dəstəyin artırılmasının olduqca mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein İbrahim Taha öz növbəsində səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycanın İƏT-in fəal üzvü olduğunu qeyd edib. Baş katib dəfələrlə ölkəmizə səfər etdiyini, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin islam dünyasında rəğbətlə qarşılandığını, işğaldan azad olunmuş ərazilərimizdəki bərpa-quruculuq fəaliyyəti ilə yerində tanış olduğunu da diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Ombudsman Səbinə Əliyeva İƏT-in Baş katibi Hissein İbrahim Taha ilə görüşüb
Ombudsman Səbinə Əliyeva İƏT-in Baş katibi Hissein İbrahim Taha ilə görüşüb

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


466

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.