• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İcma sədri: Prezident İlham Əliyevin siyasi iradəsi ermənilərin 200 illik strategiyasını darmadağın etdi

2-12-2024, 20:00 | Baxılıb: 344
“İcma sədri: Prezident İlham Əliyevin siyasi iradəsi ermənilərin 200 illik strategiyasını darmadağın etdi

Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, hərbi sərkərdəlik bacarığı, diplomatik qətiyyəti sayəsində Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər nəinki ərazilərimizin 30 illik işğalına son qoydu, son 100 il ərzində xalqımıza qarşı törədilən etnik təmizləmə, deportasiya və soyqırımı siyasətini durdurdu. Ümumiyyətlə, ermənilərin və onların havadarlarının regionda addım-addım həyata keçirdikləri 200 illik strategiyanı darmadağın etdi. Bu 200 illik tarixdə ilk dəfə olaraq, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışı üçün zəmin yarandı.
Diaspor info xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda keçirilən ictimai dinləmədə söyləyib.

O bildirib ki, 1989-cu il dekabrın 28-də yaradılmış və uzun illər Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımızın sosial və məskunlaşma problemləri ilə məşğul olan Azərbaycan Qaçqınlar Cəmiyyətinin Prezident İlham Əliyevin tövsiyəsi ilə 2022-ci il avqustun 3-də Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkil edilməsi tarixi torpaqlarımız uğrunda mübarizəyə yeni təkan verib. Xüsusilə 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlişi ilə Azərbaycanın ictimai-siyasi həyatında yeni bir mərhələnin, yeni bir siyasi xəttin təməli qoyulub.

"Prezident İlham Əliyev Qərbi azərbaycanlı soydaşlarımızın öz doğma yurdlarına qayıdışı uğrunda mübarizəni Azərbaycan dövlətinin və xalqının Qarabağ müharibəsindən sonrakı dövr üçün strateji hədəflərindən biri olaraq bəyan etdi. Dövlətimizin başçısı onu da bildirdi ki, bu qayıdış kortəbii ola bilməz, bu qayıdışın siyasi və hüquqi əsaslarını ehtiva edən Konsepsiya hazırlanmalı və bu Konsepsiya ölkədaxili və beynəlxalq hüquqa əsaslanmalıdır", - deyə İcma sədri vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


344

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.