• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ceyhun Bayramov İƏT Nazirlər Şurasının 28-ci iclasında çıxış edib, “Məşhəd Kommünikesi” qəbul olunub

3-12-2024, 20:00 | Baxılıb: 332
“Ceyhun Bayramov İƏT Nazirlər Şurasının 28-ci iclasında çıxış edib, “Məşhəd Kommünikesi” qəbul olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3 dekabr 2024-cü il tarixdə İran İslam Respublikasının Məşhəd şəhərinə işgüzar səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyindən Diaspor.info-ya bildirilib ki, C.Bayramov çıxışında İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, Təşkilatın institusional inkişafı, iqtisadi-ticarət, enerji təhlükəsizliyi, ətraf mühit, nəqliyyat və kommunikasiyalar, bağlantılar və s. istiqamətlər üzrə əməkdaşlıq imkanlarından istifadə ilə bağlı ölkəmizin baxışından bəhs edib.

Nazirlər Şurasının 27-ci iclasının İƏT-in 10 oktyabr 2023-cü il tarixində tarixi Şuşa şəhərində keçirilən görüşündən bəri Təşkilatın ehtiyacları və üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının gücləndirilməsi ilə bağlı əldə olunan irəliləyişlər və gələcək planların müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.

2024-cü ildə Təşkilata sədrliyinə, habelə Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasının təşkilinə və qonaqpərvərliyə görə İran İslam Respublikasına təşəkkür edilib, Təşkilata növbəti il sədrlik edəcək Qazaxıstan Respublikasına uğurlar arzulanıb.

Növbəti il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi etmək niyyətində olduğu, bu istiqamətdə bütün üzv ölkələrin aktiv iştirak və töhfələrinin vacibliyi diqqətə çatdırıb.Üzv dövlətlər arasında mövcud iqtisadi potensiala əsaslanan, bu istiqamətdə regional çağırışlarla mübarizədə hədəfləri təsbit edən və dayanıqlı inkişaf gündəliyi ilə uyğunluq təşkil edən “İƏT-ə Baxış 2025” strategiya sənədinin əhəmiyyəti vurğulanıb.

İƏT çərçivəsində müxtəlif sahələr, o cümlədən ticarət, investisiyalar, nəqliyyat, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, turizm, ətraf mühitin qorunması üzrə əməkdaşlığın təşviqi baxımından ixtisaslaşmış qurumların fəaliyyətinin vacibliyi qeyd olunub. İƏT Araşdırma Mərkəzi və Təmiz Enerji Mərkəzinin ölkəmizdə fəaliyyət göstərəcəyi, bu baxımdan sözügedən qurumların effektivliyinin təmin olunması üzrə onların təsisat sənədlərinin imzalanması və ratifikasiyasının mühüm olduğu qeyd edilib.

İƏT ölkələrinin bir çoxunun dənizə çıxışı olmadığını nəzərə alaraq, xüsusilə, “Şimal-Cənub Dəhlizi”, “Şərq-Qərb Transxəzər Orta Dəhliz”, “Rəqəmsal İpək Yolu”, “Bakı-Tbilisi-Qars dəmiryolunun modernləşdirilməsi, habelə İran ərazisindən keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzur iqtisadi bölgəsini əlaqələndirəcək regional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb.

Ötən ay ölkəmizin ev sahibliyi etdiyi, İƏT regionunda ilk dəfə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əldə olunmuş nailiyyətlərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, Bakı Maliyyə Məqsədi daxil olmaqla, COP29 çərçivəsində əldə olunmuş razılıqların iqlim dəyişikliyi ilə mübarizə istiqamətində vacib dönüş nöqtəsi olduğunu qeyd edib.

Regional dayanıqlı inkişaf təşəbbüslərindən bəhs edən nazir Ceyhun Bayramov, bu istiqamətdə COP29 çərçivəsində imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in bölgəmizdə iqtisadi inkişaf və enerji təhlükəsizliyinin təminində müstəsna rol oynayacağına dair inamını ifadə edib.

Görüşün sonunda “Məşhəd Kommünikesi” adlı yekun sənəd qəbul edilib.скачать dle 10.6фильмы бесплатно


332

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.