• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Şamil Ayrım: Ermənistan konstitusiyasının dəyişdirilməsi uzunmüddətli sülhün təminatıdır

4-12-2024, 16:00 | Baxılıb: 354
“Şamil Ayrım: Ermənistan konstitusiyasının dəyişdirilməsi uzunmüddətli sülhün təminatıdır

Ermənistanın konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması Cənubi Qafqazda uzunmüddətli sülhün təminatıdır.
Diaspor.info xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ankarada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi deputatlardan ibarət nümayəndə heyəti ilə görüşdə bildirib.

Türkiyəli parlamentari Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının bütün region üçün əhəmiyyətini qeyd edib.

44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanla həmrəy olduğunu xatırladan Ş.Ayrım qardaş ölkə üçün çətin bir dövrdə Ankaranın yenidən Bakı ilə dostluq və müttəfiqlik nümayiş etdirdiyini xatırladıb. “Belə olub, var və olacaq!”, - deyə parlamentlərarası qrupun rəhbəri əmin edib.

Şamil Ayrım vurğulayıb ki, Türkiyədə xəyal olunan hər şey gerçəkləşib: “Biz Azərbaycanın müstəqilliyini arzu edirdik və bu, baş verdi. Biz Xocalının azad ediləcəyinə ürəkdən inanırdıq və bu, baş verdi. Bu gün biz Zəngəzur dəhlizinin açılışından söhbət edirik. Əminəm ki, bu da tezliklə baş verəcək!”.

S.Seyidov səmimi qəbula görə türkiyəli həmkarına, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Türkiyə rəhbərliyinə və xalqına təşəkkür edib.

Görüşdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov iştirak edib.скачать dle 10.6фильмы бесплатно


354

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.