• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Elin Süleymanov Aİ-nin iqlim mövzusunda ikili standartlarını tənqid edib

8-01-2025, 11:00 | Baxılıb: 515
“Elin Süleymanov Aİ-nin iqlim mövzusunda ikili standartlarını tənqid edib

Azərbaycanın İrlandiyadakı səfiri Elin Süleymanov “The Irish Independent”ə verdiyi müsahibədə COP29-un nəticələri və Avropa İttifaqının iqlim mövzusundakı mövqeyi barədə fikirlərini bölüşüb.
Diaspor.info-nun məlumatına görə, səfir Aİ-nin iqlim böhranı ilə bağlı çox danışdığını, lakin hərəkətlərinin sözlərlə uyğun gəlmədiyini vurğulayıb:

“Avropa İttifaqının lider ölkələrinin rəhbərləri iqlim məsələlərinin insanlıq üçün həyat və ölüm məsələsi olduğunu deyirlər. Lakin həmin sammitlərə qatılmırlar. Bu, həqiqətən də ikili standartların bariz nümunəsidir”, - deyə o bildirib.

Elin Süleymanov Bakıda keçirilmiş COP29-un uğurlu nəticələrindən danışaraq, iqlimə həssas ölkələr üçün illik 300 milyard dollarlıq maliyyə vəsaitinin ayrılmasını müsbət addım kimi qiymətləndirib. Bununla belə, o əlavə edib ki, bu rəqəm daha yüksək ola bilərdi:

“Biz daha çox maliyyə vəsaiti üçün mübarizə apardıq. Lakin Qərb ölkələri əsas donorlar olduğu üçün bəzi avropalı dostlarımız ictimaiyyət qarşısında bir söz, şəxsi müzakirələrdə isə başqa sözlər deyirdilər”.

Səfir COP29-un “Bakı Çağırışı” təşəbbüsünü xüsusi vurğulayıb. Qeyd olunub ki, bu təşəbbüs iqlim, münaqişə və humanitar böhranların həlli yollarını birləşdirən uzunmüddətli bir irs olaraq təqdim edilib. O, İrlandiyanın bu təşəbbüsdə lider rol oynaya biləcəyinə və dəstək göstərəcəyinə ümid etdiyini bildirib.

Səfir həmçinin keçmiş millət vəkili və dövlət naziri Terri Leydenin Azərbaycanın İrlandiyadakı ilk fəxri konsulu təyin edilməsi ilə əlaqədar fikir bildirib.

Məqalədə qeyd olunub ki, İrlandiyada təxminən 73 Azərbaycan vətəndaşı yaşayır. Buna münasibət bildirən E.Süleymanov, iki ölkə arasındakı əlaqələrin inkişafının vacibliyini vurğulayıb. “Biz istəyirik ki, daha çox səyahət və əlaqələr qurulsun. Ölkələrimiz bir-birinə daha da yaxınlaşsın”,- deyə səfir qeyd edib.Elin Süleymanov Azərbaycanın Qarabağ bölgəsində yenidənqurma işlərinin minalar səbəbindən çətinləşdiyini bildirib. O, qeyd edib ki, 2023-cü ildə münaqişənin başa çatmasından bəri 300-dən artıq insan minaların qurbanı olub. Səfir İrlandiyanı və digər beynəlxalq tərəfdaşları minaların təmizlənməsi prosesinə dəstək verməyə çağırıb. E. Süleymanov əlavə edib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında aparılan birbaşa danışıqlara müdaxilə etməməlidir: “Bütün müsbət dəyişikliklər Azərbaycan və Ermənistanın birbaşa danışıqları nəticəsində baş verdi. Biz bəzi məsələlərdə razılaşmasaq da, qonşuyuq, bir-birimizi yaxşı tanıyırıq və birlikdə yaşamağa məcburuq. Tərəfimizdən hər hansı bir müdaxiləyə ehtiyac yoxdur”.

Səfir həmçinin Azərbaycanın külək və günəş enerjisinə investisiya planlarını qeyd edib. Gürcüstan, Macarıstan və Rumıniya ilə birgə Qara dəniz altından elektrik bağlantısı yaratmaq layihəsinin icra edildiyini bildirib. Bu layihə ilə Azərbaycanın gələcəkdə Avropaya bərpaolunan enerji ixrac etməyi hədəflədiyini vurğulayıb.

“Bakının COP29-a ev sahibliyi etməsi məsələsi ortaya çıxmamışdan çox əvvəl biz yaşıl mənbələrə keçid və enerji müxtəlifliyi haqqında danışmağa başlamışdıq”,- deyə E. Süleymanov qeyd edib.
скачать dle 10.6фильмы бесплатно


515

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.