• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İcma Qərbi azərbaycanlıların qayıdışına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

8-01-2025, 14:00 | Baxılıb: 604
“İcma Qərbi azərbaycanlıların qayıdışına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

Qərbi Azərbaycan İcması (QAİ) Azərbaycan Prezidenti İlham Əliyevə 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışına verdiyi dəstəyə görə təşəkkür edib.
Diaspor.info-nun məlumatına görə, bu barədə qurumun yaydığı bəyanatda bildirilib ki, İcma İlham Əliyevin regional sülh və təhlükəsizliklə bağlı ifadə etdiyi baxışa tam dəstəyini ifadə edir:

"Ermənistanın siyasi dairələrində hakim olan irqi ayrı-seçkilik və radikal millətçilik ideologiyası insan hüquqları və sülh üçün ən böyük təhdiddir. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə etdiyi, “Ermənistan və Qarabağın yad millətlərdən tamamilə təmizlənməsi”ni tarixi nailiyyət kimi təqdim edən çıxışının bu günlərdə yayılmış videoyazısı, ikinci prezident Robert Koçaryanın beynəlxalq təşkilatın tribunasından “Azərbaycanlılar və ermənilər etnik cəhətdən uyğunsuzdurlar” kimi irqçi açıqlaması, üçüncü prezident Serj Sarqsyanın və onun partiyasının faşist Qaregin Njdenin “Tsexakronizm” irqçi ideologiyasından ruhlanması bu dövlətin mahiyyətini əks etdirir".

QAİ Prezident İlham Əliyevin Ermənistanın silahlanmaya son verməsi tələbini dəstəklədiyini qeyd edib:

"Ermənistanın həyata keçirdiyi kütləvi silahlanma siyasəti ilə bağlı ifadə etdiyi narahatlığı tam bölüşür və Ermənistanın silahlanmaya son verməsi tələbini dəstəkləyirik. Aqressiv keçmişə malik və irqçi,revanşist ideologiyaların hökm sürdüyü Ermənistan hərbi güc ilə məsuliyyətlə davrana bilmir və onun silahlanması yolverilməzdir. Ermənistanın biz Qərbi azərbaycanlılara qarşı törətdiyi tarixi ədalətsizlikləri tam inkar yanaşmasından çıxış etməsi siyasətinin heç bir perspektivi yoxdur".

İcma Ermənistandan Qərbi azərbaycanlıların deportasiyasına görə üzr istəməyi və qayıdışa şərait yaratmağı tələb edib:

"Biz Ermənistan hökumətindən Qərbi azərbaycanlıların deportasiyasına görə üzr istəməyi, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağı, qayıdışa şərait yaratmağı, Azərbaycan xalqına məxsus olan mədəni irsin dağıdılması və təhrif edilməsi siyasətinə son qoymağı, silahlanmanı dayandırmağı və üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq kommunikasiya xətlərini açmağı tələb edirik".скачать dle 10.6фильмы бесплатно


604

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.