• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

20 YANVAR FACİƏSİNƏ HÜQUQİ-SİYASİ QİYMƏTİN VERİLMƏSİ ULU ÖNDƏRİN ADI İLƏ BAĞLIDIR

20-01-2025, 10:30 | Baxılıb: 492
“20 YANVAR FACİƏSİNƏ HÜQUQİ-SİYASİ QİYMƏTİN VERİLMƏSİ ULU ÖNDƏRİN ADI İLƏ BAĞLIDIR

Düz 35 il bundan öncə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycanda Qanlı Yanvarda Bakı şəhəri qırmızı rəngə boyandı, açılan 20 yanvar səhəri şəhid oğul və qızlarımızın qanından rəng aldı, xalqımızın azadlıq harayı sovet tanklarının altında boğulmağa çalışıldı. O gecə şəhidlik zirvəsinə bir yol açıldı. 20 Yanvardan keçən yol xalqımızı azadlığa, əyilməzliyə, məğrurluğa apardı. O gün milli məfkurəmizin azadlıq istəyinin oyanışı, milli birliyin vəhdəti günü kimi tarixə düşdü.

Çox təəssüf ki, nə həmin dövrdə, nə də ondan sonrakı illərdə, nə hakimiyyətdə olan qüvvələr (1993-cü ilin sonlarına qədər), nə də müxalifətdə olan kəslər 20 Yanvar hadisəsinə siyasi-hüquqi qiymət vermədilər, ya da ki vermək belə istəmədilər. Çünki aşağı-yuxarı ölçüb-biçsək görərik ki, özləri, yəni hamısı belə günahkar idi. Bəziləri rus ordusunu ölkəyə çağırmaqdan (o zaman ölkədə yetərincə rus ordusu var idi), bəziləri isə xalqı tankların, əliyalın insanları silahlı insanların qarşısına çıxarmaqdan çəkinmədilər.

Qanlı Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə ilk etiraz səsini ucaldan isə məhz Ulu Öndər Heydər Əliyev oldu. Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı... Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!” Xalqımızın dahi oğlu bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi.Daha sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində – heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır”. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli Qərar qəbul edildi.

Bundan sonra dahi rəhbər Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Ümummilli Lider Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir.

Bunlarla yanaşı, Ümummilli Lider Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Mən çox təəssüf edirəm ki, Azərbaycanın hörmətli Milli Şurası belə bir qərar qəbul edibdir. Anlayıram, bu qərarın qəbul olunması o vaxt Azərbaycana rəhbərlik edən adamlar üçün lazım idi. İki il Azərbaycan xalqını aldadıb, o faciənin üstünü örtüb-basdırmağa çalışanlar müəyyən qədər bu işə son qoymalı idilər. Ancaq mən təəccüblənirəm ki, Milli Şuranın yarısı (Milli Şura o vaxt belə yaranmışdı) hakimiyyətə müxalifətdə duran qüvvələrdən ibarət olduğu halda, onlar belə bir qərarın qəbul edilməsinə nə cür razı olublar? Mən bilmirəm, bəlkə də, səhv edirəm, əgər belədirsə, qoy bunu açıq desinlər. Mən Milli Məclisin iclasında da gəlib çıxış etməyə hazıram. Necə olur ki, xalqa hərbi təcavüz edilir, Azərbaycan Ali Sovetinin deputat-istintaq komissiyası iki il işləyir, axırda bu nəticəyə gəlir ki, neçə sorğu olunub, ballistik ekspertiza keçirilib, günahkarlar isə məlum deyil, faciənin səbəbi də məlum deyil, ona heç bir qiymət də verilməyib. 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi Qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.1998-ci il martın 31 də Ulu Öndər “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə təsdiq edildi. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verildi.

Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı ilə şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Prezident İlham Əliyevin “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 19 yanvar 2011-ci il tarixli Fərmanı ilə isə bu hadisədə əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan elə bir tarixi qələbəyə imza atdı ki, bu həm də 20 yanvar şəhidlərinin ideallarının reallaşması oldu. Xalqımızın uzun illərdən bəri arzu etdiyi, görmək istədiyi bütöv Azərbaycanı gördü. 20 Yanvar şəhidlərinin də, Birinci Qarabağ savaşının şəhidlərinin də qanı yerdə qalmadı.



Asəf ORUCOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıскачать dle 10.6фильмы бесплатно


492

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.