• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İğdırda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib

20-01-2025, 19:00 | Baxılıb: 526
“İğdırda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib

İğdırda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib

Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Unutmadıq, unutmayacağıq” adlı konfrans təşkil olunub.

İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə İğdır Kültür Mərkəzində keçirilən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak edib.

Konfrans Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi və bütün türk dünyasının şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, Azərbaycanın Qarsdakı Baş Konsulu Zamin Əliyev, Türkiyə millət vəkilləri Cantürk Alagöz, Şamil Ayrım, professor Oğuzxan Aydın və başqaları çıxış edərək faciənin tarixinə nəzər salıb, türk dünyasının qüdrətindən danışıb, Azərbaycan-Türkiyə dostluğunun əbədiliyinə diqqət çəkiblər. DİDK sədri Fuad Muradov 20 Yanvar faciəsinin baş verdiyi tarixi şəraiti xatırladıb, hər zaman Azərbaycanın yanında olan Türkiyə xalqına təşəkkür edib. Komitə sədri Azərbaycan Prezidentinin xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində tövsiyyələrini diqqətə çatdırıb, Türkiyədə yaşayan azərbaycanlılara göstərilən diqqətə görə minnətdarlıq edib.
İğdır valisi Ercan Turan öz çıxışında qeyd edib ki, türk xalqı, Azərbaycan xalqı heç bir tarixi həqiqəti, o cümlədən Qarabağda törədilən faciələri unutmayacaq, unutdurmayacaq.
Konfransda müasir Azərbaycan tarixinin müxtəlif mərhələlərinə nəzər salınıb, Ulu Öndər Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı tarixi çıxışı xatırlanıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunmasından duyulan qürur hissi dilə gətirilib. Konfrans iştirakçıları dövlət başçısının fikirlərinin, 20 Yanvar hadisələrinin, eləcə də xaricdəki Azərbaycan icmalarının keçirdikləri aksiyaların əks olunduğu videomaterialları maraqla izləyib, alqışlarla qarşılayıblar.
Yüzlərlə insanın qatıldığı, böyük coşqunun yaşandığı konfransın iştirakçıları 20 Yanvarın əslində faciə deyil, qəhrəmanlıq dastanı tarixi olduğunu bildirib, Qanlı Yanvar şəhidlərinin əziz xatirəsinin bütün Türk dünyasının qəlbində daim yaşayacağını qeyd ediblər.

İğdırda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib
İğdırda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib
İğdırda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib
İğdırda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib
скачать dle 10.6фильмы бесплатно


526

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.