• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İğdırda Azərbaycan icması ilə görüş keçirilib

21-01-2025, 10:00 | Baxılıb: 496
“İğdırda Azərbaycan icması ilə görüş keçirilib

İğdırda Azərbaycan icması ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin İğdır şəhərindəki Azərbaycan icması ilə görüşüb. İğdır Azərbaycan Evində baş tutan görüşdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Komitə sədri ölkəmizin diaspor siyasəti barədə geniş məlumat verib, komitənin həyata keçirdiyi uzunmüddətli layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı və diaspor fəaliyyətinin digər vacib istiqamətləri barədə çıxış edib, icma üzvlərinə diaspor işinə verdikləri töhfələrə görə minnətdarlıq edib.
Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək yeni mərhələyə yüksəldildiyi, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğu nəzərə çatdırılıb.
Azərbaycanın Qarsdakı Baş Konsulu Zamin Əliyev icma ilə təşkil olunan görüşü yüksək qiymətləndirib, soydaşlarımızla daha yaxından tanış olmaqdan məmnunluq ifadə edib. Konsulluğun qapılarının hər bir azərbaycanlı üçün açıq olduğunu diqqətə çatdırıb.
İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar evin fəaliyyəti barədə hesabatla çıxış edib, Azərbaycan Evinin həm soydaşlarımız, həm də yerli ictimaiyyət üçün doğma məkana çevrildiyini diqqətə çatdırıb, yaradılan imkana, göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
Görüş fikir mübadiləsinin aparılması, sualların cavablandırılması ilə davam edib. İğdırda yaşayan azərbaycanlılar qazandıqları uğurlardan, icmanın fəaliyyət imkanlarının genişlənməsindən danışıb, qayğı və çətinliklərini dilə gətirib, açıq və səmimi müzakirəyə görə minnətdarlıq ifadə ediblər.

İğdırda Azərbaycan icması ilə görüş keçirilib
İğdırda Azərbaycan icması ilə görüş keçirilib
İğdırda Azərbaycan icması ilə görüş keçirilib
İğdırda Azərbaycan icması ilə görüş keçirilib
İğdırda Azərbaycan icması ilə görüş keçirilib
скачать dle 10.6фильмы бесплатно


496

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.