• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verilib

23-01-2025, 16:00 | Baxılıb: 550
“Xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verilib

Xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verilib
Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verib.
İlk növbədə xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlıların elektron bazası yaradılıb və bu sahədə iş sistemli şəkildə davam edir. Bazada Qərbi azərbaycanlıların hansı ölkələrdə yaşamaları, nə vaxt həmin ölkələrə köçmələri və çalışdıqları sahələrlə bağlı müfəssəl məlumat toplanır.
Komitə xaricdə yaşayan Qərbi azərbaycanlıların həyatı, yaşayışı ilə bağlı xüsusi verilişlərin hazırlanmasına da start verib. Həmin verilişlər Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” proqramının xüsusi buraxılışları kimi hazırlanır və komitənin “youtube” kanalı olan Diaspor TV-də və İctimai TV-də yayımlanır. Bu günə kimi verilişlərin çəkilişləri ABŞ, Qazaxıstan, Türkiyə və bir neçə başqa ölkədə aparılıb.
Bu il xaricdə yaşayan Qərbi azərbaycanlılarla silsilə müsahibələrin hazırlanması və komitənin internet radiosu olan Diaspor FM-də də yayımlanması nəzərdə tutulur.
Xatırladaq ki, komitə 2025-ci ildə Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərin forumunun təşkilini planlaşdırır və bu forum Qərbi azərbaycanlılarla bağlı iri layihələrdən biridir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğun olaraq Şərqi Anadoluda yaşayan soydaşlarımıza diqqətin artırılması məqsədi daşıyan forumun İğdır və Qars şəhərlərindən birində təşkil olunması planlaşdırılır.
скачать dle 10.6фильмы бесплатно


550

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.