• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Paytaxtın nəqliyyat məsələlərinə diqqət daha da artırılır

29-01-2025, 11:30 | Baxılıb: 394
“Paytaxtın nəqliyyat məsələlərinə diqqət daha da artırılır

Paytaxtın nəqliyyat məsələlərinə diqqət daha da artırılır

Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat sahəsində mövcud problemlər müzakirə edilib, bu sahədə son illlərdə görülən işlər və qarşıda duran vəzifələrdən danışılıb.
Müşavirədə qeyd edilib ki, son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Lakin buna baxmayaraq Bakı şəhərində yenə də tıxaclar müşahidə olunur, onların sayı ildən-ilə artır. Məlumdur ki, tıxacların artmasının təbii səbəbləri vardır. Bu ilk növbədə ölkə və Bakı şəhərinin əhalisinin ildən-ilə artması ilə əlaqəlidir. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb. Təbii artımla bağlı nəqliyyat sahəsində yaranan problemlər isə öz növbəsində paytaxtda böyük tıxacların yaranmasına səbəb olan amillərdən biridir. Vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metronun imkanları bu gün tam şəkildə vəzifələrin öhdəsindən gələ bilmir.
Vurğulanıb ki, 2008-ci ildən bu günə qədər metronun yeddi yeni stansiyası tikilib və qəbul ediləcək Dövlət Proqramında yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulur. 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir. Ötən il keçirilən COP29 tədbirləri ərəfəsində insanların narahatlığını nəzərə alınaraq Bakıya 161 yeni elektrik avtobusu gətirilib və yaxın gələcəkdə Bakı sakinləri bunun xeyrini görəcəklər. Çünki havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə böyük nəqliyyat vasitələridir. Bu ildən başlayaraq ilin sonunda elektrobusların yığımı, ondan sonra lokalizasiyanın artımı işləri də başlanacaq.
Son illər ərzində Bakıda Gəmiqayırma zavodu da inşa edilib və bu gün tam gücü ilə fəaliyyət göstərir. Hazırda orada altı müxtəlifölçülü gəmi inşa edilir. Paralel olaraq, Qara dənizdəki fəaliyyət yeni səviyyəyə qaldırılıb, vaxtilə Azərbaycanın Xəzər Gəmiçiliyinə mənsub olan kiçikhəcmli gəmilərin əvəzinə burada yükgötürmə qabiliyyəti 100 min ton olan “Aframax” tipli dörd böyük tanker işləyir, bu da ölkəmizə həm xeyir gətirir, həm də imkanlarımazı genişləndirir.
Müşavirədə son illərin vacib layihələrdən biri olan yeni Dəniz Ticarət Limanının inşasına da toxunulub. Köhnə liman şəhər mərkəzindən çıxarıldı və indi həmin ərazidə abadlıq işləri aparılacaq, istirahət zonaları, müxtəlif obyektlər inşa ediləcək. Beləliklə, bu zona şəhərimizin ümumi inkişafına əlavə töhfə verəcək və vətəndaşlar da bundan faydalanacaqlar. Hazırda Ağ Şəhər bulvarına bitişik olan bu istiqamətdə master-plan hazırlanır.
“Yeni Dəniz Ticarət Limanının birinci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulurdu. Ancaq biz görürük ki, yüklərin həcmi daha çox olacaq. Artıq göstəriş verildi və biz bu ildən işə başlayırıq. Beynəlxalq məsləhətçilər cəlb edildi ki, yeni layihə hazırlansın, təqdim olunsun. Biz limanın imkanlarını 25 milyon tona çatdırmalıyıq və ola bilsin, bu da bizə yetməyəcək. Çünki Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yüklərin həcmi o qədər sürətlə artır ki, biz bu işləri də bu artıma görə etməliyik. Bütün bu nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün mənim qərarımla bu yaxınlarda yeni qurum - AZCON qurumu yaradıldı, hansı ki, bütün bu əlaqələndirmə və perspektiv inkişaf planını, o cümlədən sərmayə qoyuluşunu - bütün bu məsələləri nəzərə alacaqdır”, - deyə dövlət başçısı bildirib.
Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Bakı şəhərində nəqliyyatın gələcək inkişaf məsələlərinə xüsusi olaraq toxunaraq bildirib: “Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərə, burada yenə də deyirəm, yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Bu, çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq. Ona görə mən bugünkü müşavirəni çağırmışam ki, bu məsələləri biz müzakirə edək və bizə təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görülsün. Eyni zamanda, ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər. Bəlkə biz nəyi isə bu proqrama salmamışıq. Yəni, yerlərdən də gələn təkliflər nəzərə alınacaqdır”.
Paytaxtın nəqliyyat məsələlərinə diqqət daha da artırılır

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

скачать dle 10.6фильмы бесплатно


394

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.