• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib

29-01-2025, 19:00 | Baxılıb: 398
“Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib

Ankara şəhərində Türkiyənin Ticarət, Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib.
Diaspor info bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə hər üç ölkədən tikinti, tütünçülük, qida sənayesi, əczaçılıq, tikinti materialları, turizm, tekstil, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 200-ə qədər sahibkar iştirak edib.

Biznes forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov iştirak ediblər.

Tədbirdə Azərbaycanın Türkiyə və Özbəkistanla əlaqələrinin inkişafı, potensial birgə layihələr barədə məlumat verilib. Qeyd olunub ki, ölkələrimizin yerləşdiyi regionda geosiyasi proseslər fonunda dövlət başçılarımızın liderliyi ilə qarşılıqlı tərəfdaşlıq münasibətləri daha da möhkəmlənməkdədir. Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlığın güclənməsində önəmli rolu var. TDT-nin 11-ci Zirvə Görüşü çərçivəsində üzv dövlətlər arasında imzalanmış Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi, dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi, həmçinin Türk İnvestisiya Fondu strateji və iqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayır.Bildirilib ki, indiyədək Türkiyə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyub və ölkələrimiz arasında investisiya üzrə işbirliyi genişlənir. Eləcə də Azərbaycan sərmayəçiləri ölkələrimiz üçün vahid ekosistemin iştirakçıları kimi çıxış etmək əzmindədirlər. Qeyd olunub ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarına qədər investisiya yatırıb.

Türkiyə şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasında daha fəal iştiraka, təqdim edilən güzəştlərdən yararlanmağa dəvət edilib.

Biznes forumda Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin getdikcə artdığı vurğulanıb. Orta Dəhliz üzrə nəqliyyat-tranzit daşımalarında da artım var. 500 milyon dollarlıq kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin xətti ilə 8 layihə üzrə işlər görülür. Bildirilib ki, Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonunda Mirzə Uluqbəy adına məktəbin fəaliyyətə başlaması, Xankəndi şəhərində tikiş fabrikinin açılışı ölkələrimiz və xalqlarımız arasında əsl qardaşlıq nümunəsidir.

Forumda Azərbaycan, Türkiyə və Özbəkistan arasında iqtisadi birliyin gücləndirilməsi, biznes tərəfdaşlığının effektivliyinin artırılması, ticarət əlaqələrinin genişləndirilməsi, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviqi imkanları müzakirə edilib.

Tədbirdə TOBB prezidenti Rifat Hisarcıklıoğlu, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Türk Ticarət və Sənaye Palataları Birliyinin Prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru vəzifəsini icra edən Mansurcan Rasulev ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, regional nəqliyyat və logistika potensialı, həmçinin biznes üzrə işbirliyinin inkişafı üçün birgə imkanlara dair məlumat veriblər.

Tədbir B2B formatında görüşlərlə davam etdirilib.скачать dle 10.6фильмы бесплатно


398

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.