• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İsrailin keçmiş baş ravvini: Holokost zamanı 55 mindən çox yəhudi Azərbaycana sığınıb

30-01-2025, 10:30 | Baxılıb: 385
“İsrailin keçmiş baş ravvini: Holokost zamanı 55 mindən çox yəhudi Azərbaycana sığınıb

“Holokost zamanı 55 mindən çox yəhudi qırğından qaçaraq Azərbaycana sığınıb”.
Diaspor info xəbər verir ki, bunu İsrailin keçmiş baş Aşkenazi ravvini İsrail Meir Lau deyib.

Din xadimi Strasburqda Avropa Şurası Parlament Assambleyasında Osvensim düşərgəsinin azad edilməsi ilə bağlı Beynəlxalq Holokost qurbanlarının anım günü ilə bağlı keçirilən mərasimə fəxri qonaq kimi dəvət olunub.

İsrael Lau çıxışında Osvensimdə sağ qalma hekayəsini danışaraq, yeddi yaşında hər iki valideynini itirdiyini qeyd edib:

“Bu gün mən İsrailin köhnə dostu olan bir ölkəni qeyd etmək istəyirəm: Bu, yəhudi xalqı və İsraillə sıx əlaqələr saxlayan, əksəriyyəti müsəlman olan Azərbaycandır. Azərbaycan bu gün İsraillə şərə qarşı mübarizədə çiyin-çiyinə dayanıb”.

O vurğulayıb ki, Azərbaycan xalqı min illik tarixi boyu öz torpağında yaşayan yəhudilərə qarşı zorakılıq nümayiş etdirməyib.

“Üstəlik, Holokost zamanı 55 mindən çox yəhudi qırğından qaçaraq Azərbaycana sığınıb, oktyabrın 7-də baş vermiş faciədən (radikal HƏMAS hərəkatının hücumu - Qeyd) sonra isə yüzlərlə Azərbaycan vətəndaşı İsrail səfirliyini ziyarət edərək gül buketləri və başsağlığı məktubu gətiriblər. Yaradan bizə pis əməlləri xatırlamağı əmr edir. Amma biz İsrail xalqına qarşı qəlblərində sevgi və qardaşlıq atəşi alovlananları da xatırlamalı və onlara təşəkkür etməliyik”.скачать dle 10.6фильмы бесплатно


385

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.