• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Əli Əsədov: Azərbaycan süni intellekt strategiyasını hazırlayır

31-01-2025, 12:30 | Baxılıb: 515
“Əli Əsədov: Azərbaycan süni intellekt strategiyasını hazırlayır

Hazırda Azərbaycanda süni intellekt strategiyası hazırlanır və bu texnologiyanın tətbiqi nəticəsində səmərəliliyin əhəmiyyətli dərəcədə arta biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verilir.
Diaspor.info xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün “Digital Almaty” beynəlxalq rəqəmsal forumunun plenar iclasında çıxışı zamanı bildirib.

"Biz Azərbaycanın süni intellekt strategiyasını hazırlayırıq. Süni intellekt texnologiyasının tətbiqinin səmərəliliyi əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bu, ilk növbədə, səhiyyə, nəqliyyat və təhsil sahələridir. Həmçinin bu sahədə müasir və çevik qanunvericiliyin hazırlanması və tətbiqinə xüsusi diqqət yetiririk", - Baş nazir bildirib.

Onun sözlərinə görə, xüsusilə bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb.

"Bu, vətəndaşların dövlət orqanları ilə qarşılıqlı əlaqəsini asanlaşdırır, rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına kömək edir.

Ə.Əsədov vurğulayıb ki, Azərbaycan rəqəmsal inkişafa dövlət strategiyasının ən vacib elementi kimi çox böyük önəm verir.

"Bu il yanvarın 16-da Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiq edilib. Bu sənəd ölkənin rəqəmsal transformasiyası üçün əsas istiqamət olub, bu sahədə görüləcək işlərin strateji prioritetlərini müəyyən edib. Rəqəmsal inkişaf strategiyasının əsas istiqamətlərindən biri süni intellektdir", - o qeyd edib.скачать dle 10.6фильмы бесплатно


515

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.