• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub

12-02-2025, 13:00 | Baxılıb: 595
“Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub

Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub

Yanvarın 20-dən 24-nə kimi İsveçrədə ənənəvi Davos İqtisadi Forumu keçirilib. Forumda 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3000-ə yaxın lideri iştirak edib. Sayca 55-ci olan Forum bu dəfə «Ağıllı əsr üçün əməkdaşlıq» devizi altında toplaşıb.
Qlobal çağırışları həll etmək və yaranan imkanları araşdırmaq məqsədi güdən bu mötəbər toplantıda yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi kimi məsələlər müzakirə edilib.
Ölkəmizin Davos İqtisadi Forumu iştirakı ötən əsrin 90-cı illərinin ortalarından başlayıb. Belə ki, 1995-ci il yanvarın 27-31-də Prezident Heydər Əliyev ilk dəfə olaraq forumda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Həmin tədbirdə Ulu Öndər respublikamız haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Davos Dünya İqtisadi Forumu ölkəmizin imkanlarının təbliği üçün ən yaxşı platformalardan biridir. Belə ki, ölkəmizin başçısı cənab İlham Əliyev ardıcıl iştirak etdiyi Davos İqtisadi Forumunda qlobal gündəliyin formalaşmasında mühüm rol oynayır, həmçinin bir sıra qərarların qəbul olunmasında birbaşa iştirak edir. Cənab Prezident həmçinin bu mötəbər tədbirin tribunasından Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Bu da ölkəmizin müsbət şəkildə imicinin formalaşdırılması, daha geniş arenada tanıdılması üçün çox yaxşı effekt verir.
Yanvarın 20-də Davos Forumunda iştirak edən Prezident İlham Əliyev Çin Xalq Respublikasının CGTN (China Global Television Network) telekanalına müsahibə verib və bu müsahibə fevralın 11-də bu televiziya kanalında yayımlanıb.
Qeyd edilməlidir ki, dövlət başçısı İlham Əliyevin ənənəvi keçirilən Davos İqtisadi Forumunun iclaslarında iştirakı, eyni zamanda, çıxışı, verdiyi müsahibələr, qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlər Azərbaycan həqiqətlərinin, qlobal məsələlərin həllində tutduğumuz mövqeyin təbliğində əhəmiyyətli rol oynayır. İstər görüşlər, istərsə də müsahibə Azərbaycanın nüfuzunun, Prezident İlham Əliyevə yüksək etimadın göstəricisidir. Ölkəmizin hər bir məsələdə mövqeyinə verilən önəm diqqətdən kənarda qalmır. Təbii ki, bu, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olmasından, inkişaf modelinin nümunəviliyindən, münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına göstərdiyi diqqətdən irəli gəlir.
Ölkə başçısı Çinin CGTN telekanalına müsahibəsində bildirib ki, Azərbaycan regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirib və aid olduğu Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub. Ölkəmizdə güclü, özünü təmin edən iqtisadiyyat qurulub. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə edib çoxlu uğur qazandığımızı vurğulayan dövlətimizin başçısı deyib: “Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”.
Müsahibədə qeyd edilib ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası olub. Azərbaycan bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirib. 30 il ərzində bu, xalqımızın milli ideyası olub və qarşıya qoyulam hədəflərə çatmaq, ədaləti bərpa etmək üçün bütün səylər səfərbər edilib. Təəssüf ki, işğal illərində beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar bu işlərdə bizə yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Azərbaycan isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəliyi ilə bunu özü həll edərək ədaləti özümüz bərpa etdi. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.
Ötən ilin noyabr ayında ölkəmiz təxminən 200 ölkəni bir araya gətirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edib. Belə bir mötəbər iqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın bundan əvvəl BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik”.

Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü




скачать dle 10.6фильмы бесплатно


595

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.