• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Baş katib: TDT sammiti Azərbaycanda yeni təşəbbüslərin başlanması üçün platforma olacaq

17-02-2025, 11:00 | Baxılıb: 408
“Baş katib: TDT sammiti Azərbaycanda yeni təşəbbüslərin başlanması üçün platforma olacaq

2025-ci il üçün planlaşdırılan TDT-nin iki əsas tədbiri - Macarıstanda dövlət başçılarının qeyri-rəsmi sammiti və Azərbaycanda 12-ci rəsmi sammitdir.
Diaspor info xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev “Kazinform” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, qeyd olunan sammitlər təşkilatın gələcək inkişafını müəyyən edən əsas qərarların müzakirəsi və yeni təşəbbüslərin başlanması üçün mühüm platformalar olacaq.

"TDT genişləndirilmiş əməkdaşlıq və strateji artım mərhələsinə qədəm qoyur. 2025-ci ilin türk dövlətləri arasında əhəmiyyətli tərəqqi və daha dərin inteqrasiya ili olacağını vəd edir", - K.Ömüraliyev vurğulayıb.

Baş katib bildirib ki, ümumilikdə TDT 2025-ci il üçün strateji əməkdaşlığa fokuslanaraq iddialı gündəliyin həyata keçirilməsini davam etdirmək niyyətindədir.

"Biz iqtisadiyyat, nəqliyyat, təhsil və turizm kimi sahələrdə əhəmiyyətli irəliləyişə nail olduq. Lakin həmişə daha da inkişaf üçün potensial var. Xüsusilə, Şuşa və Bişkek sammitlərində qəbul edilmiş qərarların həyata keçirilməsi üzərində işimizi davam etdirəcəyik. Prioritetlərdən biri investisiya və xidmətlər sahəsində Azad Ticarət Sazişi üzrə danışıqların davam etdirilməsi olacaq. Bu, iqtisadi qarşılıqlı fəaliyyətdə maneələri aradan qaldırmağa və daha inteqrasiya olunmuş ticarət məkanı yaratmağa kömək edəcək mühüm addımdır", - o əlavə edib.

K.Ömüraliyev bildirib ki, TDT həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı, ASEAN və digər beynəlxalq təşkilatlar və regional strukturlarla əməkdaşlığı genişləndirməyə davam edəcək.скачать dle 10.6фильмы бесплатно


408

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.