• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının növbəti iclasında iştirak edib

19-02-2025, 11:00 | Baxılıb: 535
“Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının növbəti iclasında iştirak edib

Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının növbəti iclasında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) İdarə Heyətinin onlayn iclasında iştirak edib. Görüşdə Assosiasiyanın 2025-ci il üçün fəaliyyət planı və insan hüquqları sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Ombudsman iclasda çıxışı zamanı ötən il ərzində Assosiasiya çərçivəsində həyata keçirilən işlərə toxunaraq, qlobal insan hüquqları problemlərinin həllində beynəlxalq əməkdaşlığın önəmini vurğulayıb. O, ombudsman institutlarının insan hüquqlarının müdafiəsində fəal rol oynamalı olduğunu və beynəlxalq hüququn pozulmasına qarşı birgə mübarizənin vacibliyini qeyd edib.
Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının növbəti iclasında iştirak edib
Silahlı münaqişələrin insanlara vurduğu ağır fəsadlara diqqət çəkən S.Əliyeva bu proseslərdən ən çox qadınların, uşaqların və yaşlı insanların zərər çəkdiyini bildirib. O, beynəlxalq hüquq normalarına etinasız yanaşılmasının təəssüf doğurduğunu və bu hallara qarşı ombudsmanların birgə səylərlə təsir göstərməli olduğunu vurğulayıb.
Ombudsman müasir dövrün mühüm problemlərindən biri kimi məcburi miqrasiyanı xüsusi qeyd edib. O, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma torpaqlarından qaçqın düşdüyünü və onların fundamental hüquqlarının pozulduğunu iştirakçıların diqqətinə çatdırıb. Ombudsman bu insanların hüquqlarının müdafiəsi və doğma torpaqlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
İƏT OA çərçivəsində cari ildə məcburi miqrasiyaya dair maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini vurğulayan Ombudsman bu təşəbbüslərin insan hüquqlarının qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Görüş qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


535

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.