• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Əhməd İsmayılov: Türkiyə və Azərbaycan arasında imzalanmış memorandum yerli medianın fəaliyyətində canlanma yaradıb

19-02-2025, 13:00 | Baxılıb: 471
“Əhməd İsmayılov: Türkiyə və Azərbaycan arasında imzalanmış memorandum yerli medianın fəaliyyətində canlanma yaradıb

Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu yerli medianın fəaliyyətində canlanma yaradıb, media nümayəndələrinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük təkan verib.
Diaspor info xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov fevralın 19-da Bakıda Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında möhkəmlənmiş qardaşlıq münasibətləri media da daxil olmaqla bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir:

"Hər iki ölkə liderinin qarşılıqlı səfərləri dövlətlərimiz arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və Türkiyə xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür. Sözügedən memorandum beş il ərzində iki ölkənin media sahəsində əməkdaşlığının inkişafı, media subyektləri arasında bilik və təcrübə mübadiləsi, informasiya mübadiləsinin genişləndirilməsi və birgə layihələrin uğurla həyata keçirilməsi üçün möhkəm bir zəmin yaradıb".

Ə.İsmayılov bildirib ki, iki ölkənin media sahəsinə məsul qurumları arasında bilik və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərdə əməkdaşlıq imkanları daha da genişləndiriləcək:

"İki ölkə arasındakı strateji münasibətlərin inkişafı informasiya mühitinin dezinformasiyalardan qorumaq məqsədilə medianın etik prinsipləri əsasında daha peşəkar fəaliyyətinə təkan verir. Azərbaycan və Türkiyə arasında media sahəsində qurulan bu strateji əməkdaşlıq yalnız iki ölkənin informasiya məkanını zənginləşdirməklə kifayətlənməmiş, eyni zamanda regionda və dünyada səsləndirdiyimiz həqiqətlərin daha geniş auditoriyalara çatdırılmasına da töhfələr verib".скачать dle 10.6фильмы бесплатно


471

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.