• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Zakir Həsənovun sədrliyi ilə Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib

24-02-2025, 13:00 | Baxılıb: 485
“Zakir Həsənovun sədrliyi ilə Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

Diaspor info-nun məlumatına görə, nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirlərinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda ötən ildə görülmüş işlərin yekunları təhlil edilib və 2025-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ötən ildə ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan danışan müdafiə naziri Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları iştirakçılara çatdırıb.

Müdafiə naziri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması və regionun qlobal güc mərkəzinə çevrilməsində ölkənin müdafiə qüdrətinin əhəmiyyətini xüsusi vurğulayaraq, cari ildə Ordu quruculuğu istiqamətindəki perspektiv planlardan geniş söhbət açıb.

General-polkovnik Z.Həsənov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycanın ərazi bütövlüyünün silahlı müdafiəsi və hərbi təhlükəsizliyinin təmin edilməsi, qoşunların döyüş imkan və qabiliyyətlərinin artırılması, yeni texnologiyalarla hazırlanan müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına qəbul olunması üzrə tədbirlər uğurla davam etdirilir.yeniliklər barədə ətraflı məlumat verilib. Yeni hərbi kolleclərin yaradıldığı, hərbi akademik təhsil sisteminin müasirləşdirilməsi ilə bağlı zabit heyəti üçün bir neçə yeni kursların təsis edildiyi, hərbi uçot ixtisasları ilə ali təhsil proqramları arasında uyğunluğun təmin edilməsi məqsədilə yeni ixtisasların açıldığı diqqətə çatdırılıb.

Şəxsi heyətin komplektləşdirilməsi istiqamətində ötən il ərzində bir çox yeniliklərin tətbiq edildiyi, intellektual qabiliyyətli bölmələrin yaradıldığı, eləcə də Azərbaycan Ordusunda ştatların optimallaşdırılması məqsədilə bir sıra struktur dəyişikliklərinin həyata keçirildiyi vurğulanıb.Kollegiyanın gedişində vəzifəli şəxslərin 2024-cü ilin yekunları və perspektiv planlara dair fikir və təklifləri dinlənilib.

Yekunda çıxış edən general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyəti, eləcə də ötən ildə qazandığı nailiyyətlərin Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində beynəlxalq əməkdaşlığın və birgə təlimlərin regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük töhfə verdiyini qeyd edib.

2025-ci il üzrə planlaşdırılan fəaliyyətlərdən danışan nazir şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin effektivliyinin artırılmasının əhəmiyyətini bir daha vurğulayıb.

Şərti dövlət sərhədində döyüş növbətçiliyinin təşkili, təhlükəsizlik qaydalarının daim diqqət mərkəzində saxlanılması, ayıq-sayıqlığın artırılması, qarşı tərəfin fəaliyyətinin fasiləsiz müşahidəsinin və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.

Hərbi hissələrdə gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına, eləcə də Azərbaycanda qış aylarında havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarından qorunmasına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Müdafiə naziri qış mövsümündə Azərbaycan Ordusunun bölmələrinin təminat məsələlərinə ciddi nəzarət edilməsi, dayaq məntəqələri və döyüş mövqelərində yaradılan bütün növ ehtiyatların daim diqqət mərkəzində saxlanılması, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də tibbi təminat məsələlərinə dair aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Müdafiə naziri Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi, cari ildə bölmələrin döyüş hazırlığına və şəxsi heyətin fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi, eləcə də cari il ərzində qarşıya qoyulmuş vəzifələrin icrasının yüksək səviyyədə təmin olunması ilə bağlı tələblərini kollegiya iştirakçılarına çatdırıb.

Kollegiya iclasının sonunda müdafiə naziri Azərbaycan Ordusunun bundan sonra da Ali Baş Komandanın və xalqın etimadını doğruldacağını əminliklə vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


485

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.