• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ABŞ-nin İllinoys ştatında Xocalı soyqırımı ilə bağlı konfrans təşkil olunub

25-02-2025, 19:00 | Baxılıb: 398
“ABŞ-nin İllinoys ştatında Xocalı soyqırımı ilə bağlı konfrans təşkil olunub

ABŞ-nin İllinoys ştatında Xocalı soyqırımı ilə bağlı konfrans təşkil olunub
ABŞ-nin İllinoys ştatında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Keçmişlə Gələcək Arasında Körpü” adlı II Beynəlxalq Dialoq Konfransı keçirilib. Tədbir ölkənin aparıcı ali təhsil ocaqlarından Harper Kollecində baş tutub.
Konfransda müxtəlif ştatlarda fəaliyyət göstərən və Amerika Azərbaycan Təşkilatları Alyansına daxil olan Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan icmasının üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın ABŞ-dəki Səfirliyinin, Türkiyənin Çikaqodakı Baş Konsulluğunun əməkdaşları, ölkənin aparıcı ali təhsil müəssisələrinin professorları, siyasi analitiklər, jurnalistlər iştirak edib.
Azərbaycan Respublikasının və ABŞ-nin Dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub.
Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov və təşkilatın sədr müavini Mehriban Məmmədova soyqırımı haqqında iştirakçılara ətraflı məlumat veriblər. Qeyd olunub ki, hər il Amerika cəmiyyəti sistemli şəkildə bu müdhiş hadisə ilə bağlı məlumatlandırılır.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Xocalı soyqırımının xalqımızın qan yaddaşı olmasından, dünya azərbaycanlılarının “Xocalıya Ədalət” kampaniyasında fəal iştirakından və beynəlxalq ədalətin bərpası istiqamətində görülən işlərdən danışıb.
Türkiyənin Çikaqodakı baş konsulu Tahir Bora Atatanır, ölkəmizin Vaşinqtondakı səfirliyinin birinci katibi Fərid Zeynallı, Amerika Azərbaycan Təşkilatları Alyansının üzvü, Şimali Karolina Universitetinin professoru Əli Əsgərov çıxışlarında soyqırımı ilə bağlı geniş məlumat verib, bu dəhşətli hadisəni törədənlərin hüquqi müstəvidə cəzalandırılmasının və beynəlxalq səviyyədə cavab verməsinin vacibliyini vurğulayıblar.
Çində fəaliyyət göstərən geosiyasi analitik Malik Ayub Sumbal Xocalı soyqırımı ilə bağlı tarixi faktlara diqqət çəkib, faciənin dəhşətlərinin xarici mətbuatda işıqlandırılması haqqında danışıb. “Tovuz to Karabakh: A Comprehensive Analysis of War in South-Caucasus” (“Tovuzdan Qarabağa: Cənubi Qafqazda müharibənin hərtərəfli təhlili”) adlı kitabın müəllifi münaqişənin tarixinə dair fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.
ABŞ-ın Milli Müdafiə Universitetinin dosenti Stefan Mark Ermənistanın Xocalıda törətdiyi qətliamı müasir dünyanın ən böyük və ağlasığmaz vəhşiliklərindən biri adlandırıb.
Amerika Azərbaycan Təşkilatları Alyansının katibi, Floridadakı Azərbaycan-Amerika Gənclər Təşkilatının sədri Nabat Eminova ədalətin bərpa olunmasında soydaşlarımızın birgə səylərinin ciddi rol oynadığını nəzərə çatdırıb. Gənc soydaşımız Fatimə Əsgər tədbir iştirakçılarının soyqırımı haqqında daha müfəssəl məlumatlandırılması üçün fəallıq nümayiş etdirib.
Konfrans çərçivəsində ABŞ-də təhsil alan azərbaycanlı tələbə Ağadadaş Balaqadaşovun moderatorluğu ilə panel baş tutub. Panel müzakirələri tarixi faktlarla zənginliyi və soyqırımla bağlı dərin təhlillərin aparılması ilə yadda qalıb. Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarına səfər etmiş braziliyalı jurnalist Fabiana Mendes Qarabağda gördüklərini dilə gətirib və qədim Azərbaycan torpaqlarında törədilən vandalizmdən dəhşətə gəldiyini bildirib. O, azərbaycanlı jurnalistlərin mina partlayışları nəticəsində həlak olmalarına da diqqət çəkib.
Amerikalı jurnalist, “BBC”, “CNN” və “Əl-Cəzirə” kanallarında siyasi şərhçi kimi fəaliyyət göstərən Kelvin Dark müzakirələrdə yaxından iştirak edib, Qarabağa səfəri barədə danışıb, səfərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib. O, hazırda mina təhlükəsi səbəbi ilə Qarabağda insanların həyatlarının davamlı təhlükə altında olduğunu, həmçinin bölgədə böyük yenidənqurma işlərinin aparıldığını qeyd edib.
“Keçmişlə Gələcək Arasında Körpü” adlı II Beynəlxalq Dialoq Konfransında bir neçə videoçarx və sənədli film nümayiş olunub. Prezident İlham Əliyevin Xocalı sakinləri ilə görüşünün əks olunduğu videoçarx, ELTV Media qrup və “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin “Azərbaycan tarixi” layihəsi çərçivəsində hazırlanmış Xocalı soyqırımından bəhs edən film, soyqırımı şahidlərinin xatirələrini əks etdirən videoçarx, Azərbaycanın tarixi torpaqlarında aparılan yenidənqurma işlərinin yer aldığı digər videomateriallar maraqla izlənilib.
Konfransın bədii hissəsində Aqil Hüseynov tarda Bayatı-Şiraz ifa edib, İllinoys ştatında yaşayan pianoçu Günay Ələskərovanın ifasında öz bəstəsi olan “Xatirələr” səslənib.
Qeyd edək ki, artıq ikinci ildir Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə elmi və tarixi müzakirələrin aparıldığı belə konfrans təşkil olunur.

ABŞ-nin İllinoys ştatında Xocalı soyqırımı ilə bağlı konfrans təşkil olunub
ABŞ-nin İllinoys ştatında Xocalı soyqırımı ilə bağlı konfrans təşkil olunub
ABŞ-nin İllinoys ştatında Xocalı soyqırımı ilə bağlı konfrans təşkil olunub
ABŞ-nin İllinoys ştatında Xocalı soyqırımı ilə bağlı konfrans təşkil olunub
ABŞ-nin İllinoys ştatında Xocalı soyqırımı ilə bağlı konfrans təşkil olunub
скачать dle 10.6фильмы бесплатно


398

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.